Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:21

Əli Kərimli: «Mən Azərbaycanda Qırğızıstan variantının yox, Ukraynadakı narıncı inqilabın baş verməsini istərdim»


Səs: Real audio
“Bişkekə doğru irəliləmək müxalifət üçün asan olmayacaq” Ukraynada narıncı inqilab olanda Azərbaycan müxalifəti onu fəal şəkildə müdafiə edirdi. Qırğızıstandakı seçki etirazlarına isə Ukrayna ilə müqayisədə Azərbaycan müxalifəti o qədər də çevik reaksiya vermir. Amma müxalifətçilərdən bu müşahidəylə razılaşanı da, razılaşmayanı da var. Məsələn, Müsavat partiyasının başqanı İsa Qəmbər deyir ki, Qırğızıstanda baş verənlərlə bağlı onlar bəyanat verərək müxalifəti dəstəklədiklərini bildiriblər. Eləcə də beynəlxalq qurumların danışqıları reallaşmasına köməyə çağırıblar.



İsa Qəmbər deyir ki, nəinki Azərbaycan müxalifəti, eləcə də bütünlükdə ictimaiyyət Qırğızıstanda baş verənləri diqqətlə izləyir. Səbəb də bu ölkədə yaşanan seçki probleminin elə Azəprbaycana da tanış olmasıdır.



«Qırğızıstan və Ukraynada baş verənlər fərqlidir. Ona görə də Azərbaycan müxalifəti reaksiya verməyə tələsmir». Bu isə Xalq Cəbhəsi partiyası islahatçılar qanadının rəhbəri Əli Kərimlinin fikirlərilir. O deyir ki, Azərbaycanda inqilab baş verərsə, Qırğızıstan variantının yox, Ukrayna variantının təkrarlanmasını istərdi. «Hiss olunur ki, qırğız müxalifəti proseslərə yaxşı nəzarət edə bilmir. Bu da yaxşı təşkilatlanmamaqdan irəli gəlir».



«Müxalifəti də başa düşmək olar. Yəni onun ehtiyatlı davranışını, Ukraynadan fərqli olaraq indi daha çox müşhaidəçi mövqe tutmasını anlamaq çətin deyil. Ukraynada hadisələr hüquq çərçivəsində baş verirdi. Ona görə Azərbaycan müxalifətinin vaxtaşırı Kiyevə getməsi, orda baş verənləri dəstəkləməsi də asanıydı. Qırğızıstanda isə vəziyyət doğrudna da fərqlidir». Bunu isə «Turan» İnformasiya Agentliyinin eksperti Zəfər Quliyev deyir. Onun sözlərinə görə, Qırğızıstanda güc tətbiq edilməsi, əhalidən yaralananların, bəzi versiyalara görəsə ölənlərin olması vəziyyəti çətinləşdiririr.



Ekspert bir məqama da diqqət çəkir ki, yalnız Azərbaycan müxalifəti yox, elə beynəlxalq qurumlar da Qırğızıstanda olanlara ehtiyatlaı yanaşırlar. Düzdür, prosesləri diqqətlə izləyirlər, narahatlıqlarını ifadə edirlər, hətta yumşaq şəkildə müxalifəti də dəstəkləyirlər. Amma bütün bunlar çox ehtiyatla edilir.



Qrığızıstanda baş verənlərdən danışanda bir məqama da toxunmamaq olmur. İndi müxalifət də, ekspertlər də payızda Azərbaycanda keçiriləcək parlament seçkiləri haqqında da müəyyən mülahizələrlə çıxış edirlər. Əli Kərtimli hesab edir ki, Qırğızıstanda baş verənlər bir sıra totalitar dövlətlər, eləcə də Azərbaycan üçün də bir mesajdır. «Azərbaycan hakimiyyəti başa düşməlidir ki, hətta azərbaycanlılardan daha səbrli olan qırğız xalqının da sən demə dözümünün həddi-hüdudu var imiş. Ona görə də hakimiyyət nəticə çıxartmalıdır. Başa düşməlidir ki, zülmün sonu olmayanda xalq ayağa qalxa və öz haqqı uğrunda mübarizə apara bilər».



Əli Kərimliyə görə, Qırğızıstan hadisələrindən yalnız hakimiyyət yox, həm də Azərbaycan müxalifəti nəticə çıxartmalıdır.



Müsavat partiyasının başqanı İsa Qəmbər isə deyir ki, Azərbaycanda Qırğızıstan və Ukrayna variantının təkrarlanmaması üçün haikmiyyət nəticə çıxartmalı, səsləri düzgün saymalıdır. «Artıq dünya dəyişib, postsovet ölkələrinin demokratikləşməsi haqda qərar verilib. Gürcüstan, Ukrayna və Qırğızıstanda baş verənlər də göstərir ki, bu qarşısı alınmayan proseslərdir».



Ekspert Zəfər Quliyev isə payızda keçiriləcək seçkilər barədə danışmağın hələ tez olduğunu deyir. Amma hesab edir ki, neft ölkəsi olan Azərbaycanı Qırğızıstanla müqayisə etmək olmaz. Azərbaycanda nə müxalifət, nə cəmiyyət dağıdıcı inqilab istəmir. Hamı təkamül tərəfdarıdır. Amma yenə də nəticə çıxartmaq hakimiyyətin öhdəsindədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG