Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:45

«Azadlıq» qəzetinin internet saytı fəaliyyətini bərpa edib


«Azadlıq» qəzetinin internet saytı - azadliq.az - fəaliyyətini bərpa edib. Sayt həm də dizaynını yeniləyib. Bu barədə «Azadlıq» radiosuna məlumat verən qəzetin texniki direktoru Azər Əhmədovun sözlərinə görə, onlar saytın həm də on-line xidmətinə keçməsini istəyirlər, amma hələlik buna maddi imkanları yoxdur:

«Biz Norveç Azad Söz Fondunun pul mükafatına layiq görülmüşük. Həmin mükafat iyun ayında təqdim olunmalıdır. Biz mükafatı on-line xidmətinə keçmək üçün xərcləyəcəyik».

Sayt hələlik qəzetin internet variantı kimi fəaliyyət göstərəcək.

«Azadlıq» qəzetinin rəhbərliyi bir neçə ay əvvəl bildirmişdi ki, sayt naməlum şəxslər tərəfindən dağıdılıb və portalı bərpa etməkdə çətinlik çəkirlər.
XS
SM
MD
LG