Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:37

MSK təşviqat qruplarının müraciətini araşdırır


Səsvermə günü medianın üzə çıxardığı faktlara gəlincə, Azər Sarıyev deyir ki, bunun üçün rəsmi müraciət lazımdır

Səsvermə günü medianın üzə çıxardığı faktlara gəlincə, Azər Sarıyev deyir ki, bunun üçün rəsmi müraciət lazımdır

MSK «Respublika və Qarabağ Uğrunda Hərəkat» və «Respublikaçılar» təşviqat qruplarının müraciətini araşdırır. Bu barədə Azadlıq radiosuna MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev məlumat verib.

Onun sözlərinə görə, komissiyaya yalnız bir müraciət daxil olub: «Respublika və Qarabağ Uğrunda Hərəkat» və «Respublikaçılar» təşviqat qrupları birgə müraciət ediblər. Onlar bir neçə protokolun surətini və akt təqdim ediblər. İndi komissiya bunları araşdırır».

Səsvermə günü medianın üzə çıxardığı faktların araşdırılmasına gəlincə, Azər Sarıyev deyir ki, bunun üçün rəsmi müraciət lazımdır:

««Azadlıq» radiosunun internet saytında yerləşdirilmiş bir qadının qutuya bir neçə bülleten atması ilə bağlı video süjetə rəhbərlik də baxıb. Amma gərək rəsmi müraciət ola ki, MSK da həmin qadının kimliyinin araşdırılması və məsələyə hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına müraciət etsin».
Azər Sarıyev onu da deyir ki, artıq yerli dairə seçki komissiyalarının yekun protokolları artıq MSK-nın rəsmi İnternet saytında yerləşdirilib.

Martın 18-də Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendum keçirilib. Müxalifət referendumun baş tutmadığını deyir. MSK isə bildirir ki, səsvermədə əhalinin 70 faizdən çoxu iştirak edib.

Şərhləri göstər

XS
SM
MD
LG