Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:36
Rubrikalar

Azərbaycan Şahmat Federasiyası ermənilərin Dağlıq Qarabağda beynəlxaql turnir keçirilməsinə etiraz olaraq Beynəlxalq Şahmat Federasiyasına – FİDE-yə müraciət edib


Səs: Real audio
“Bişkekə doğru irəliləmək müxalifət üçün asan olmayacaq” FİDE prezidenti Kirsan İllümcanova ünvanlanan müraciətdə, Azərbaycanın işğal olunmuş ərazisində beynəlxaql turnir keçirilməsinin beynəlxalq hüquqa zidd olduğu deyilir və FİDE-dən bu turnirin qarşısını almaq tələb edilir. Ötən il də Azərbaycan tərəfin eyni problem üzündən FİDE-yə müraciət etmişdi və keçən il keçirilən yarıçın qanunsuz sayılmasına nail olmuşdu.



***

Bu gün Bakıda Beynəlxalq Həvəskar Boks Federasiyasının Prezidenti Ənvər Çoudrinin şərəfinə təşkil edilən beynəlxalq boks turniri başlanıb. Sayca 9-cu olan bu turnirə səbəbkarın özü qabırğasının zədələdiyindən gələ bilməyib. 18 ölkədən 150-yə yaxın idmançının gücünü göstərəcəyi bu turnirdə Azərbaycan 3 komandayla təmsil edilir.



***



Moksvada keçirilən qılıncoynadanların “Moskva sablyası” adlı beynəlxalq turnirində Azərbaycanlı idmançılar uğur qazana bilməyib. Qadınlardan qurulan yığma Beynəlxalq Qılıncoynatma Federasiyasının yeni qaydaları üzündən yarışa buraxılmayıb. İlham Bünyadov, Ramin Əmirov və Ruslan Əzizovdan ən yaxşı nəticəni 1/32 finalda uduzan Əzizov göstərib. Bu gün eyni idmançılar və qızlardan Səbinə Əmrahzadə, Sevil Bünyadova və Aida Ələsgərova Gənclər arasında Dünya Çempionatına qatılmaq üçün Avstriyaya yollanıblar.



***



Qdınlardan ibarət voleybol yığması İsveçrəyə yollanıb. Sürixin “Volero” komandasının dəvətiylə martın 28-dək İsveçrədə təlim-məşq toplanışı keçəcək Azərbaycan voleybol yığmasının heyətində Fransada “Kann”ın şərəfini qoruyan Yelena Şabovta və Türkiyə “Əmlakbankının” oyunçusu İnessa Qorxmaz yer almayıb. Voleybol federasiyasının sözçüsü Zöhrab Gözəlbəyli bu oyunçuların sonrada yığmaya qoşulacağını bildirib.
XS
SM
MD
LG