Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:27

«Qazaxıstanla Özbəkistanın qonşuluğunda yaşayan Qırğızıstan müxalifəti Ukraynadakı hadisələrdən ruhlanıb»


Səs: Real audio
“Bişkekə doğru irəliləmək müxalifət üçün asan olmayacaq” Qırğızıstan-Qazaxıstan-Özbəkistan Konqresinin rəhbəri Əbülfəz Xamedov bildirir ki, bu ölkədə yaşayan azərbaycanlılar baş verənlərdən kənarda qalmağa üstünlük verirlər. Təbii ki, prosesləri maraqla izləsələr də. Baş verənlərinsə qanun çərçivəsində, qansız-qadasız həllini istəyirlər. Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi də Əbülfəz Xamedovun fikrini təsdiqləyir. Komitədən bildirirlər ki, onlar gün ərzində bir neçə dəfə Qırğızıstanla əlaqə saxlayıb azərbaycanlılarla maraqlandır.

Əbülfəz Xamedovun sözlərinə görə, hadisələrin cərəyan etdiyi Oşda və Cəlilabadda azərbaycanlılar çox azdılar. Onlar qanunverici orqanda təmsil olunmaq, yəni deputatlıq uğrunda mübarizədə də iştirak etmirlər. Yalnız dörd il əvvəlki seçkilərdə bir nəfər uğursuz cəhd göstərib. Bir müddət əvvəl bu seçkiləri müşahidə edən Demokratik Jurnalistlər Liqasının rəhbəri Yadigar Məmmədlinin müşahirdəsinə görə də, Qırğızıstanda azərbaycanlılar az olduqları üçün siyasi həyata da müdaxilə etmirlər.



Amma bununla belə Əbülfəz Xamedov bildirir ki, onlar da parlamentdə yalnız ölkə başçısı Əsgər Akayevin qızı və oğlunun başçılıq etdiyi partiyaların təmsil olunmasını başa düşmür və əslində bunu normal saymırlar.



Əbülfəz Xamedov deyir ki, indi bir araya gələrək Oşda və Cəlilabadda hadisələri nəzarətdə saxlayan üç müxalif partiya Xalq, Kommunist və Vətəndaş partiyaları çox güclüdür. O hesab edir ki, seçkilərin nəticələrindən narazı olan müxalifət Ukraynadakı hadisələrdən sonra ruhlanıb.



Bu hadisələrdə nə iqtidarı, nə də müxalifəti dəstəklədiyini deyən Əbülfəz Xamedova görə, Oşda və Cəlilabadda əhali sakit şəkildə aksiya keçirir və silahdan istifadə olunmur. Ona görə də hadisələrin nəzarətdən çıxacağına inanmır.



Niyə bu hadisələr Orta Asiya dövlətləri arasında məhz Qırğızıstanda baş verdi? Əbülfəz Xamedov deyir ki, Qırğızıstan Qazaxıstanla Özbəkistanın qonşuluğunda yaşayır. Qazaxıstanla müqayisədə bu ölkə çox kasıb, islahatların zəif aparıldığı, bölgələri inkişafdan qalan və qeyri-demokratik ölkədir. Amma Özbəkistanla müqayiəsədə Qırğızısıtanda demokratik institutlar və müxalifət nisbətən fəaldır.



Əbülfəz Xamedov deyir ki, Qırğızıstan əhalisinin 20 faizi Qazaxıstanda işləyir. Qonşu dövlətin inkişafı, həm iqtisadi, həm siyasi baxımdan bölgədə fəallığı istər-istəməz qırğızları da düşündürür. Və görünür, hadisələrin inkişafında bu amil də az əhəmiyyət oynamayıb.



O ki qaldı, Qırğızıstanda əyalətlə paytaxtın üz-üzə qoyulmasına. Əbülfəz Xamedov deyir ki, belə şey yoxdur. Düzdür, prezidentin oğlu və qızının elektoratı əsasən paytaxt əhalisidir. Və paytaxt hər yerdə olduğu kimi Qırğızıstanda da inkişaf edib, kəndlərdə isə vəziyyət acınacaqlıdır. Onun sözlərinə görə, əhali və müxalifət qarşıdurma yaranmasında yox, ölkədə normal seçki keçirilməsinin və iqtisadi inkişafın tərəfdarıdır.



Bu Qazaxıstan-Qırğızıstan-Özbəkistan Konqresinin rəhbəri Əbülfəz Xamedovun baxışıydı.

Günün bütün mövzuları

XS
SM
MD
LG