Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 23:04

XİN Faktaraşdırıcı Missiyanın hesabatıyla Azərbaycanın mövqeyinin üst-üstə düşdüyünü bəyan edir


Səs: Real audio
“Bişkekə doğru irəliləmək müxalifət üçün asan olmayacaq” ATƏT-in Faktaraşdırıcı Missiyasının hesabatı ilə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyi bəyanat yayıb.



Bəyanatda deyilir ki, missiya işğal olunmuş ərazilərdə məskunlaşdırma faktlarını təsdiqləyib. Və Azərbaycanın təqdim etdiyi məlumatlar əsasən təsdiqini tapıb.



Nazirlik fəaliyyətlərinə görə missiyanın başçısına və üzvlərinə minnətdarlığını bildirir.



Qeyd olunur ki, Dağlıq Qarabağda yerləşdirilən ermənilərin sayına dair Azərbaycandan təqdim olunan rəqəmlərlə aşkarlanan faktlar arasında az fərqlər var. Məsələn, Azərbaycan tərəfinin məlumatına görə, işğal altında olan ərazilərə 23 minə yaxın erməni köçürülüb. Missiyanın məlumatında bu rəqəm 17 mini əhatə edir.



Nazirliyin bəyanatında qeyd edilir ki, missiya əsasən Laçın rayonunda sürətlə məskunlaşma aparıldığını müşahidə edib. ATƏT missiyasının məlumatına görə, burada 8-11 min arasında erməni yerləşib.



Bu kimi halların sülh danışıqlarına ciddi maneçilik törətdiyində israr edən XİN Ermənistan tərəfini işğal olunmuş ərazilərdə yeni əhali yerləşdirilməsinin dayandarılmasına çağırır.



Azərbaycan XİN-i bəyan edir ki, əks halda, baş verə biləcək hadisələrə görə məsuliyyət Ermənistan hökumətinin üzərinə düşəcək.
XS
SM
MD
LG