Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:18

Əfv fərmanı ilə azadlığa çıxan müxalifət liderləri aktiv siyasi fəaliyyətlə məşğul olacaqlarını deyirlər


Səs: Real audio
“Bişkekə doğru irəliləmək müxalifət üçün asan olmayacaq” Prezidentin sonuncu əvf fərmanı ilə azadlığa çıxmış 7 müxalifət lideri bundan sonra da siyasətlə məşğul olacaqlar. Bu gün keçirdikləri mətbuat konrfransında onlar bildirdilər ki, siyasi fəaliyyətlərini mənsub olduqları partiyada və Müsavat, AXCP və ADP-nin birləşdiyi blokda davam etdirəcəklər.

Demokrat Partiyasının baş katibi Sərdar Cəlaloğluna görə, həbsə alındıqları 2003-cü ilin 16 oktyabrından sonra cəmiyyətdə süstlük yaranıb. O fəaliyyətlərini 16 oktyabrda başlanan nöqtədən davam etdirəcəklərini bildirdi.

Müsavat Partiyası başqanının müavini Arif Hacılı isə dedi ki, həbsdə olduqları müddətdə dəyişikliklər həm siyasi münasibətlərdə, həm də şəhərdə müşahidə olunur. Özləri haqqında isə bildirdi ki, ümummili problemlərin həlli istiqamətlərində fəaliyyətlərində dəyişiklik olmayacaq. Ölkənin demokratik quruculuğunda isə qüvvələrini birləşdirəcəklər.

Müsavat başqanının digər müavini İbrahim İbrahimli isə cəmiyyətin demoratikləşməyə, siyasi dəyişikliyə hazır olduğu qənaətindədir.

Rauf Arifoğlu isə sabahdan «Yeni Müsavat» qəzetində baş redaktor kimi fəaliyyətə başlayacağını dedi.



Müxalifətçilər əfv fərmanı ilə azad oluduğundan üzərlərində məhkumluq qalır. Onlar deyirlər ki, bu siyasi fəaliyyətlərini məhdudlaşdıracaq. Payızda keçiriləcək parlament seçkilərində namizədliklərini irəli sürmələrinə isə birbaşa mane olacaq. Məhkumluqlarının götürülməsi üçün isə yenə məhkəməyə üz tutacaqlar. Sərdar Cəlaloğlu deyir ki, bunun üçün bütün səylərdən istifadə edəcəklər.

Ümid Partiyasıvnın sədri İqbal Ağazadə isə o qənaətdədir ki, hakimiyyət məhkumluqlarının götürülməsini də əfv fərmanında olduğu kimi siyasi məsələ kimi həll edəcək.

Vəkil Osman Kazımov bildirir ki, onların üzərlərində məhkumluq qaldığı vaxta qədər parlament seçkilərində iştirak edə bilməyəcəklər. Əgər kassasiya məhkəməsi onların əməllərini başqa maddəyə tövsif etsə, bu mümkün olar.

Müstəqil hüquqşünas Müzəffər Baxışov isə bildirir ki, onlar siyasi partiya üzvləri kimi bundan sonra da siyasətlə məşğul ola bilərlər. Amma qanunvericiliyə görə prezident, parlament və bələdiyyə seçkilərində öz namizədliklərini irəli sürə bilməzlər. Bu müxalifət liderlərinin ağır cinayət törətməkdə ittiham olunmalarıyla bağlıdır.

Hüquqşünaslar deyirlər ki, əfv fərmanıyla məhkum cəzanın çəkilməmiş hissəsindən azad edilməklə yanaşı məhkumluğu da da götürülə bilər. İndiki halda isə bu 7 nəfərə aid edilməyib. Məhkumluqları götürülmədiyi üçün onlar Cinayət Məcəlləsinə görə 6 il müddətinə məhkum edilmiş şəxslər hesab olunurlar. Əgər məhkəmə bəraətverici əsaslarla qərarı ləğv etsə və ya işin icraatına xitam verilsə, siyasi fəaliyyətdəki məhdudiyyətlər aradan qalxar. Bu yenə məhkəmənin qərarı ilə onların ittiham olunduqları maddənin az ağır cinayətlər və ya böyük ictiimai təhlükə törətməyən maddələrlə tövsif edildiyi təqdirdə də mümkündür .
XS
SM
MD
LG