Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:47

Naxçıvan müxalifəti seçkilərdə birgə iştirak edəcək


Səs: Real audio
“Bişkekə doğru irəliləmək müxalifət üçün asan olmayacaq” Bu il keçiriləcək parlament seçkilərində Naxçıvan müxalifətçiləri Muxtar Respublika Ali Məclisində olan 45 deputat yeri uğrunda mübarizəyə vahid namizədlərlə qatılacaqlar.



Ədalət partiyasının muxtar respublikadakı təmsilçisi İsa Mirzəyevin bildirdiyinə görə, müxalifət partiyalarının Naxçıvan bölmələrinin birliyi olan Demokratik İnkişaf Mərkəzi seçkidə birgə iştirak haqda qərar qəbul edib.



Demokratik İnkişaf Mərkəzinin sədri Asəf Quliyev isə bildirdi ki, mərkəz eyni zamanda seçkidə qeyri—hökumət təşkilatları nümayəndələri və bölgədə tanınmış ziyalıların namizədliklərini də dəstəkləyəcək.



Azərbaycan parlamentinə seçkidə isə partiyaların mərkəzi aparatlarının qəbul edəcəkləri qərarlar müdafiə olunacaq.
XS
SM
MD
LG