Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:00
Rubrikalar

“Turanair” şirkəti Rusiyanın Novosibirsk şəhərinə birbaşa aviareysləri açır


Səs: Real audio
“Bişkekə doğru irəliləmək müxalifət üçün asan olmayacaq” “Turanair” şirkəti Rusiyanın Novosibirsk şəhərinə birbaşa aviareysləri açır. “Sibir” şirkəti ilə razılaşmaya əsasən ilk təyyarə Bakıdan martın 30-da yola düşəcək. Amma müqaviləyə görə, “Turanair” Rusiyanın “Sibir” şirkəti ilə gəlirləri və sərnişinləri bölüşdürməli olacaq. 1994-cü ildə yaradılam Azərbaycanın ilk özəl aviaşirkəti – “Turanair”, reyslərin çatışmazlığı ucbatından sahibi olduğu təyyarələri tam istifadə edə bilmir.





Əhalinin Sosial Müdafiə Fondu “Kapitalbank”dan pensiyaçılar üçün daha çox bankomat yerkləşdirməyi təlıəb edib. Bankla fond arasında bağlanan müqaviləyə əsasən Əlibayramlı, Yevlax, Naftalan və Lənkəranda pensiyaçılar təqaüdlərini yaxın vaxtlarda bankomatlardan alacaqlar. Amma “Kapitalbank” cəmi 25 belə aparat yerləşdirməyi planlaşdırır. Sosial-Müdafiə fondu isə hesab edir ki, pensiyaçıların sayı çox olduğuindan bankomatların sayı 67-yə çatdırılmalıdır. Bundan əlavə pensiyaçılara xidmət məqsədilə “Beynəlxalq Bank” da Gəncə, Mingəçevir və Şəkidə 42 bankomat yerləşdirəcək. Trend agentliyinin məlumatına görə, hazırda Bakı və Sumqayıtda quraşdırılan 147 bankomatın 45-ini işləməsində problemlər var. Əsas problem elektrik enerjisinin gərginliyinin aşağı olmasına görədir. Gərginliyə görə, pensiyaçılar bankomatlardan pullarını götürə bilmirlər, və yaxud da çıxarılan əskinasları aparat yararsız hala salır.





Martın 22-ndə Milli Bankdan aldığımız məlumata görə, ötən həftədən başlayan eniş davam edib. İndi 1 rubl 176 , 1 dolar 4868, 1 avro isə 6408 manatdı.
XS
SM
MD
LG