Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:45

M. Ələsgərov: “Avropa Şurası ilə artıq heç bir problemimiz yoxdur”


Səs: Real audio
“Bişkekə doğru irəliləmək müxalifət üçün asan olmayacaq” Parlamentin martın 22-də keçirilən iclası millət vəkillərinin əksəriyyətinin Azərbaycan prezidentinin son əfv fərmanını alqışlaması ilə başladı.



Ana Vətən partiyasından olan millət vəkili Zahid Oruc bildirdi ki, azadlığa çıxmış şəxslərin özlərini qəhrəman qiyafəsində təqdim etməsinə baxmayaraq, bu addım iqtidar və müxalifət arasında dialoqa, siyasi qarşıdurmanın aradan qaldırılmasına xidmət edir.



Onun fikrincə, həmin fərman prezidentin ölkədə normal siyasi münasibətlər sistemi qurmağa yönəlmiş xəttini bir daha sübut etdi. İndi növbə müxalifətindir.



«Əgər həmin qüvvələr bunun qarşılığını verməkdə maraqlıdırlarsa, onları əfv edən şəxsin xoş məramına cavab olaraq gələcək fəaliyyətlərində qeyri—qanuni vasitələrə əl atmayacaqları və olkənin daxili problemlərini beynəlxalq təşkilatlara daşımayacaqları barədə öhdəlik götürə bilərlər».



Zahid Oruc deyir ki, prezident İlham Əliyevin fərmanı ilə əfv olunaraq azadlığa çıxanlar arasında hələ də islah olunmamış, cəmiyyətin bağışlamadığı insanlar var.



Vətəndaş Həmrəyliyi partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlının fikrincə, prezidentin əfv fərmanı ciddi humanitar addımdır və bunu Azərbaycan cəmiyyətinin bütün təbəqələri müsbət qarşılayır.



«Mən bu bayram günlərində əfv fərmanını imzaladığına görə prezidentə öz təşəkkürümü bildirirəm. Azad olunanları təbrik edirəm və eyni zamanda onlara Azərbaycanın bu günündə hansı məsuliyyəti daşıdıqlarını xatırlatmaq istəyirəm».



Spiker Murtuz Ələsgərov isə dedi ki, «prezidentin bu əfv fərmanı hamının ürəyindəndir. Bu, ölkədə sabitliyin yaranmasına, gələcəkdə müxtəlif hərəkətlərin qarşısının alınmasına xidmət edir. Əfv olunanlar arasında Avropa Şurasının və bizim hüquq müdafiəçilərimizin verdikləri siyahıda adları qeyd olunanlar da var. Ona görə də AŞ ilə bizim artıq heç bir problemimiz yoxdur. Daha heç kim deməsin ki, ölkədə siyasi məhbus var. Bunlar artıq qurtardı».



Parlamentin rəsmi gündəliyində isə «Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında» qanun layihəsi idi. Millət vəkilləri qanun layihəsini ikinci oxunuşda qəbul etdilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG