Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:58
Rubrikalar

Martın 23-də Bakıda Beynəlxalq Həvəskar Boks Federasiyasının prezidenti Ənvər Çoudrinin şərəfinə təşkil edilən 9-cu beynəlxalq boks turniri başlanacaq


Səs: Real audio
Moskva insanlığa qarşı cinayətlərdə ittiham olunur Qabırğasından zədələndiyi üçün Ənvər Çoudrinin özü bu turnirə gələ bilməyəcək. Bu yarışa 10 ölkədən 100-dən çox boksçu gələcək. Azərbaycan isə bu turnirdə 3 komanda ilə yarışacaq. Komandalardan biribeynəlxaql yarışlarda Azərbaycanı təmsil edən boks yığması, birində sonuncu ölkə çempionatının qalibləri, o birində isə gümüş mükafatçılar və perspektivli idmançılar olacaq. Bu il hələ ki rinqə çıxa bilməyən Afina olimpiadasının iştirakçıları Cavid Tağıyev, Fuad Aslanov və Ceyhun Əbiyev üçün bu turnir il ərzində ilk yarış olacaq. Rusiya, Gürcüstan, Türkiyə və digər ölkələr Çoudrinin şərəfinə düzənləcək bu turnirə ən güclü təmsilçiləriylə qatılacaq. Bu yarışdan sonra Azərbaycanı beynəlxaql turnirlərdə təmsil edəcək yığmanın da heyətinə tam aydınlıq gələcək.



***



Futbol üzrə 13-cü Azərbaycan birinciliyində yığmanın Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində Polşa və İngiltərəylə oynayacağı oyunlarla bağlı fasilə elan edilib. Hələlik çempionatda turnir cədvəlinə Ağdamın “Qarabağ” komandası başçılıq edir, Bakının “Neftçi” komandası isə 2-ci yerdə gedir. Bundan əlavə çempionluq mübarizəsində “Karvan”, “Bakı”, “İnter”, “Xəzər-Lənkəran” və “Turan” komandaları da iddialarını davam elətdirir.



Bazar günü ölkə çempionatının növbəti turundan sonra Azərbaycan yığmasının baş məşqçisi Karlos Alberto Torres açılqadığı 23 nəfərlik heyətlə Polşaya yollanıb. Azərbaycan yığması martın 26-na qədər Varşava yaxınlığında təlim-məşq toplanışı keçəcək. Martın 26-da Polşa yığmasıyla oyundan sonra milli komanda İngiltərəyə yollanacaq və 3 gün sonra martın 30-da İngiltərə yığmasıyla üz-üzə gələcək.



***

İngiltərə yığmasınını baş məşqçisi Sven-Yoran Erikson Azərbaycanla oynayacaq heyətini açıqlayıb. 2006-cı ildə Almaniyada keçiriləcək Dünya Çempionatına vəsiqə qazanmaq mübarizə aparan İngiltərə yığması martın 30-da Nyukaslda Azərbaycanı qəbul edəcək. Bu oyunda iştirak edə biləcək oyunçuların siyahısına uzun fasilədən sonra Birmingemin hücumçusu Emil Heski də dəvət alıb. Eriksonun yığma karyerasının başa vurduğunu deyən Mançester Yunaytedin yarımmüdafiəçisi Pol Skoulzu yığmaya cəlb eləmək cəhdləri isə nəticəsiz qalıb. İngiltərə yığmasında Azərbaycana qarşı ulduz oyuinçulardan hücumçular Ueyn Runi və Maykl Ouen, yarımmüdafiəçilər Devid Bekhem, Stiven Cerard, Co Koul, Frenk Lempard, Kiron Dayer, Ouen Harqrivs, müdafiəçilərdən isə Eşli Koul, Qari Nevill, Rio Ferdinand və Con Terri də dəvət alıb.
XS
SM
MD
LG