Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:23

14-24 debatçı qonaqları ilə yenidən sizinlədir...<br>Fəallığımız şəraitdən, yoxsa şəxsi təşəbbüsümüzdən asılıdır?


Səs: Real audio
Moskva insanlığa qarşı cinayətlərdə ittiham olunur Bu gün Vətəndaş Cəmiyyətində debat təşkilatının üzvləri Tural Əliyev və Rahim İsrafilovun məhz bu sual ətrafında debatını dinləyəcəyik.



- Əlbəttə ki, ictimai fəallıq şəraitdən asılıdır, çünki istənilən bir hadisənin baş verməsi, istənilən bir təşəbbüsün irəli sürülməsi üçün ilkin zərurət şəraitdir. Bu gün Azərbaycanda idman sahəsinə diqqət yetirsək görərik ki, bizim idman sahəsi başqa sahələrə nisbətən daha yüksək inkişaf edib. Çünki bunun üçün artıq şərait var. Amma götürək futbolu, o da idmanın bir növüdür. Amma orada müəyyən geriləmələr, problemlər var. Bütün bunlar onu deməyə əsas verir ki, doğrudan da ictimai fəallıqdan söhbət gedirsə, burada mütləq mənada şərait nəzərə alınmalıdır.



- Əgər bir futbolçu yaxşı oynayırsa və onun üçün şərait yoxdursa, o başqa bir komanda tapacaq, başqa bir ölkədə hansısa maraqları təmsil edəcək.



- Biz ümumiyyətlə cəmiyyətdən danışırıq. Cəmiyyətdən danışarkən biz mütləq nəzərə almalıyıq ki, ictimai fəallıq dedikdə tək bir fərd nəzərdə tutulmur, burada kütlə nəzərdə tutulur. Əlbəttə, bu istisna deyil ki, kimsə öz şəxsi təşəbbüsünə görə ictimai cəhətdən fəal ola bilər. Amma əgər biz geniş anlamda bunu nəzərdən keçiririksə, burada mütləq şərait önə çıxmalıdır. Əgər sizin dediyiniz anlamda ictimai cəhətdən fəal olan bir neçə şəxsdirsə, mənim nəzərdən keçirdiyim o geniş auditoriyada şəraitin olduğundan artıq orada həm kəmiyyət artır, həm də keyfiyyət.



- Əgər kiminsə istedadı, fikri varsa demokratiya onun üçündür ki, biz öz fikrimizi söyləyək. Vacib deyil cəmiyyət sizin fikrinizlə razı olacaq, ya yox, əsas odur ki, siz təşəbbüs göstərib nəisə bacarasız, öz sözünüzü deyə biləsiz. Bu sizin ən böyük bacarağınızdır.



- Mən isə demək istəyirəm ki, siz o şəraiti yaradın ki, orada şəxsi təşəbbüslərinizlə öz fikirlərinizə, istəklərinizə çatasınız.
XS
SM
MD
LG