Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:43

Bilmək istəyirsiz bu yaz hansı parçalar, rənglər, hansı ayaqqabı və çantalar dəbdə olacaq? Bilmək istəyirsinizsə yaxın əyləşin...


Səs: Real audio
Moskva insanlığa qarşı cinayətlərdə ittiham olunur Salam, 14-24 yenidən sizinlədir. Bilmək istəyirsiz bu yaz hansı parçalar, rənglər, hansı ayaqqabı və çantalar dəbdə olacaq? Bilmək istəyirsinizsə yaxın əyləşin.

Bu yaz ən çox dəbdə olacaq parça şıfon parçadır. Rənglərə gəlincə isə kökrəngi, mavi, çəhrayı, açıq və tünd yaşıl rənglər əhvalımızın da şən olmasına öz təsirini göstərəcək. Şalvarlarımızı isə cürbəcür naxışlar bəzəyəcək.

Geyimmimizə və çantamıza uyğun olaraq ayaqqabılarımız da şux rəngli və şıfon lentlərlə bəzədilmiş olacaq.



İndi isə sizə SAMSUNG firmasının yeni istehsal etdiyi SGH-1300 mobil telefonundan danışacağam. Bugünədək mobil telefonlarda görülməmiş bir yaddaşa – 3 giqabaytlıq yaddaşa malik bu telefona biz nəinki 1000 mahnı, həm də on minlərlə foto da yükləyə bilərik. 1,3 meqa piksellik kamera, Blutooth, İnfraqırmızı və USB kimi xüsusiyyətlərə də malik bu telefonun uzunluğu 11 santimetr, eni 5, qalınlığı isə 2 santimetrdir.Qiyməti və nə zaman satışa buraxılacağı isə hələ ki, bəlli deyil.
XS
SM
MD
LG