Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:06

Novruz bayramının qeyd olunamsında nələr dəyişib?


Səs: Real audio
Moskva insanlığa qarşı cinayətlərdə ittiham olunur 73 yaşlı Bakı sakini Kəbutər İsmayılova onun uşaqlığının müharibə dövründə keçdiyini deyir. Buna görə də, Novruzun indi daha yaxşı keçirildiyini düşünür. Kəbutər xanım muharibə illərində bayram plovu əvəzinə qarğıdalıdan aş yediklərini deyir.



Onun sözlərinə görə, əvvəllər şəkərbura və paxlavanı Azərbaycanın bütün bölgələrində bişirməzdilər. Amma indi bu iki şirniyyat Novruzun sanki rəmzinə çevrilib və hər bir bölgənin bənzərsiz Novruz adətlərini bir kənarda qoyub.



Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitunun elmi katibi Sərxan Xavəri də son illərin urbanizasiya proseslərinin, yəni əhalinin əsasən şəhərlərdə və xüsusən də paytaxt Bakıda cəmləşməsinin adət ənənəyə xələl gətirdiyini deyir. Onun sözlərinə görə, şəhərdə insanlar yazın gəlişini hər addımını hiss edə bilmirlər. Bundan əlavə, Qarabağ kimi böyük bir Azərbaycan elinin də müharibəyə görə, pərən-pərən düşməsinə görə, ənənələr əvvəlki tək qorunub saxlanmır.



Mədəniyyət Nazirliyinidən bildirdilər ki, Novruz adətlərinin qorunub saxlanması üçün onlarda xüsusi planlar yoxdur. Konkret olaraq bu ilki bayrama gəldikdə, nazirliyin mətbuat xidmətinin rəhbəri İntiqam Hümbətovun sözlərinə görə, bayramla əlaqədar görülən yeganə iş Bakıya Moskva sirkini dəvət etmək olub.



Kəbutər İsmayılova isə deyir ki, əvvəlki dövrlə ən böyük fərqin imkanından asılı olmayaraq, hammının Novruzu keçirmək istəməsindədir. Onun sözlərinə görə, əvvəllər yalnız varlı adamlar bayrama xüsusi hazırlıq görərdilər amma indi hammı bayramı keçirməyə çalışır.
XS
SM
MD
LG