Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:27

İ. Əliyev: “Ermənistan mövcud şəraiti anlamasa, vəziyyəti daha da çətinləşəcək”


Səs: Real audio
“İnternetdə cinayətkarlıq artır” 2005-ci il Dağlıq Qarabağ probleminin nizamlanmasında əhəmiyyətli il ola bilər.



Paytaxtda keçirilən Novruz şənliklərində iştirak edən prezident İlham Əliyev belə deyib. Onun sözlərinə görə, Azərbaycanın bu məsələ ilə bağlı atdığı siyasi addımlar artıq danışıqlar prosesində yeni şərait yaradıb.



»Ermənistan mövcud şəraiti anlamasa, vəziyyəti daha da çətinləşəcək».



Son vaxtlar atəşkəsin tez–tez pozulmasına toxunan prezident İlham Əliyev hərbi münaqişə ehtimalını da istisna etmir. O deyir ki, «müharibənin başlama ehtimalı hər an var. Çünki Ermənistanla Azərbaycan arasında sülh sazişi hələ yoxdur. Atəşkəs isə həssas məsələdir. O, hər an pozulur. Ancaq bu pozulma bizim maraqlarımıza uyğun deyil. Əldə etdiyimiz uğurlar buna ehtiyac yaratmır».



İlham Əliyev deyir ki, əgər beynəlxalq aləm Ermənistanı mövqeyini dəyişməyə məcbur etməsə, bunu Azərbaycanın özü etməlidir. Bundan ötrü Azərbaycanın iqtisadiyyatı, ordusu güclənməlidir. Hazırda ordunun güclənməsi üçün çox ciddi addımlar atılır.



Qarşıdakı parlament seçkilərinə də münasibət bildirən prezident seçkilərin şəffaf keçiriləcəyinə inandığını, Azərbaycanın demokratik inkişafı üçün onun mühüm mərhələ olacağını söylədi.
XS
SM
MD
LG