Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:04

ATƏT əfv fərmanını “plüralizmin bərpası istiqamətində növbəti addım” kimi qiymətləndirir


Səs: Real audio
“İnternetdə cinayətkarlıq artır” «Biz inanırıq ki, Azərbaycan cəmiyyətinin bütün təbəqələri prezidentin sonuncu əfv fərmanına siyasi plüralizm və qarşılıqlı anlaşmanın bərpası istiqamətində növbəti addım kimi yanaşacaqlar. Və düşünürük ki, bu, partiyalar arasında dialoqa yol açacaq».



ATƏT-in Bakı ofisinin martın 21-də yaydığı bəyanatda belə deyilir.



Təşkilat prezident İlham Əliyevin martın 20-də imzaladığı əfv fərmanını, xüsusən də 2003-cü il prezident seçkilərindən sonra həbs olunanların azadlığa buraxılmasını alqışladığını bildirir.



Bakı ofisinin rəhbəri Maurisio Pavesi bildirir ki, bu addım ölkədə müsbət meyllərə və inkişafa imkan yaradacaq.



Demokratiyanın İnkişafı və İnsan Haqları Fondunun rəhbəri Rəna Sadəddinova da əfv fərmanını yüksək qiymətləndirir. Amma bununla belə, Rəna Sadəddinova bütün siyasi məhbusların azadlığa buraxılmadığını bildirir. Onun firkincə, bu fərman “seçki məhbusu məsələsinə birdəfəlik son qoysa da, siyasi məhbus məsələsi tam qapanmayıb”.



Əfv fərmanı ilə azadlığa buraxılmış Müsavat partiyası başqanının müavini İbrahim İbrahimli isə hesab edir ki, bu fərman beynəlxalq təşkilatların və Azərbaycan ictimaiyyətinin təzyiqi nəticəsində verilib. Cənab İbrahimli bildirir ki, onlar günahkar olmadıqları üçün təkrar məhkəməyə müraciət ediblər və indi həmin məhkəmə prosesinə hazırlaşırlar.



İlham Əliyevin martın 21-də verdiyi əfv fərmanı ilə 114 nəfər azadlığa buraxılıb. Bir nəfərin cəzasının çəkilməmiş hissəsi yarıya endirilib. Əfv olunanların 53 nəfərini Avropa Şurası siyasi məhbus kimi tanıyırdı.



Müsavat partiyasının başqanı İsa Qəmbər də deyir ki, oktyabr hadisələrinə görə həbs olunanlardan əfvdən kənarda qalanlar da var. Onun sözlərinə görə, siyahı dəqiqləşdirilir.
XS
SM
MD
LG