Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:07

Ötən il 97 məhbus vərəmdən vəfat edib


Səs: Real audio
“İnternetdə cinayətkarlıq artır” Fevralın 15-də 11 saylı cəzaçəkmə müəssisəsində qiyam qaldırmış bir qrup məhbusun işiylə bağlı istintaq davam edir.



Ədliyyə Nazirliyi Məhkəmə Qərarları İcrası Baş İdarəsinin qərargah rəisi Musa Hümbətov bildirir ki, istintaq altında olan təxminən 200 nəfər məhbus hazırda Şüvəlan və Bayıl təcridxanalarında saxlanır.



Musa Hümbətovun verdiyi məlumata görə, 11 saylı koloniyada baş verənlərdən sonra digər cəzaçəkmə yerlərində axtarışlar aparılıb, həmin müəssisələrin 20-ə yaxın vəzifəli şəxsi işdən kənarlaşdırılıb.



Vərəmli dustaqların vəziyyətinə gəldikdə isə, Musa Hümbətov deyir ki, ötən il bu xəstəlikdən dünyasını dəyişənlərin sayı 97 nəfər olub.



Vərəmli məhbusların saxlanma şəraiti Beynəlxalq Qırmızı Xaç Komitəsinin də nəzarəti altındadır. Komitə bu xəstəliyin vəziyyətiylə bağlı 1995-ci ildən Azərbaycanın cəzaçəkmə yerlərində monitorinq keçirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG