Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:53
Rubrikalar

BVF ekspertləri: neftin qiyməti azı 2 il də yüksək olaraq qalacaq


Səs: Real audio
“İnternetdə cinayətkarlıq artır” Martın 21-də dünya bazarlarında neftin qiyməti bir qədər aşağı düşüb, amma barreli 56 dollardan yuxarı olaraq qalır. Beynəlxalq Valyuta Fondunun ekspertləri isə hesab edirlər ki, neftin qiyməti azı iki il də yüksək səviyyədə qalacaq. Bu barədə fondun rəhbəri Rodriqo Rato bildirib. Onun sözlərinə görə, bunun səbəbi dünyada neftə olan tələbatın artması və hasilatın məhdud olmasıdır. Bu arada isə neft ixracatçısı olan ölkələrin OPEK təşkilatının rəhbəri, Səudiyyə Ərəbistanının neft-qaz naziri Əli əl-Nəimi hasilatın artırılması üçün qurumun başqa üzvləriylə danışıqlara başlayıb. Ötən həftə Azərbaycan neftinin qiyməti də öz tarixində ən yüksək səviyyəyə çataraq 55 dollar yarım olmuşdu.



Artıq Bakıda 3 minə qədər qaz sayğacı quraşdırılıb. Bu barədə «Azəriqaz» Səhmdar Cəmiyyətinin prezidenti Əlixan Məlikov məlumat verib. Bakıda Novruz bayramı ilə bağlı keçirilən tədbirlərdə jurnalistlərin sullarını cavablandıran Əlixan Məlikov deyib ki, sayğacsız evlərdə qazla işləyən cihazlar üçün müəyyən edilmiş sərfiyyat normalarını şişirdilmiş sayanlarla razı deyil. Onun sözlərinə görə, həmin normalar elmi əsaslarla müəyyən edilib.



Martın 21-ə olan məlumata görə, Milli bankda 1 dollar 4870 manat, 1 avro 6510 manat, 1 rubl isə 177 manatdır.
XS
SM
MD
LG