Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:16

Bakıda Novruz şənlikləri təntənəli keçirilib


Səs: Real audio
“İnternetdə cinayətkarlıq artır” Novruz şənlikləri Bakıda səhər saatlarından başlayıb. Dövlət bayramı olduğundan martın 20-21-i iş günləri deyil.



Bakıda bayram şənliklərinin mərkəzi İçərişəhərdəydi. «Qoşa qala» qapısından başlanan şənliklər İçərişəhərin bütün məhəllələrində ayrı-ayrı qruplar şəklində davam edirdi.



Novruz bayramının rəmzləri olan Bahar qızı, Keçəl və Kosa mahnılar oxuyur, meydanlara toplaşanları əyləndirirdilər. Səkilərə bayramın bolluq rəmzi olan səmənilər düzülmüşdü, Qız Qalasının ən uca nöqtəsində üç tonqal qalanmışdı. Rəsm qalereyalarında Novruz bayramına aid sərgilər açılmışdı.



Bayram şənliklərinə gələnlər arasında uşaqlar daha çox idi. Onlar Novruzun əsl dost bayramı olduğunu deyirlər. Balacaların arzularını böyüklər də bölüşür.



Bu bayram Bakının qonaqları da çox idi. Əfqanıstan, Orta Asiya, İran və Türkiyədən gələnlər bayramın onların ölkələrində də Bakıdakı kimi keçirildiyini deyirlər. Onlar Bakı sakinləri ilə bir yerdə rəqs edir, yallı gedirdilər.



İçərişəhərdən sonra bayram şənlikləri Bakı bulvarında davam etdi, burada atəşfəşanlıqlar keçirildi.

Günün bütün mövzuları

XS
SM
MD
LG