Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:14

«Panorama»nın bu bazar qonağı keçmiş millət vəkili Gülnarə Qurbanovadır


Səs: Real audio
“İnternetdə cinayətkarlıq artır” Söhbətdə həmçinin «Ayna» - «Zerkalo» qəzetlərinin şərhçisi Rauf Mirqədirov və «Ekspress» qəzetinin əməkdaşı Zöhrab İsmayıl da iştirak edirdi.



«Panorama»nın bu buraxlışı Novruz axşamına təsadüf etdiyindən biz Azərbaycan SSRİ-nin tərkibində olarkən ilk dəfə bu bayramın qeyd edildiyi 1967-ci ilə qayıdası olduq.



Söhbətin gedişində həm Gülnarə Qurbanovanın atası mərhum Şixəli Qurbanovun xidmətləri yada salındı, həm də onun ölümünün səbəblərinə toxunuldu.



Müzakirələrin gedişində qeyd edildi ki, nə müstəqillik, nə də milli bayramların bərpası heç də yenidənqurmanın Azərbaycan xalqına töhfəsi deyil.



Həftənin əsas hadisələri:



Parlament İctimai Televiziyanın 9 nəfərdən ibarət Yayım Şurasını seçdi.



Bakıda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının məruzəçisi Malkolm Bryus bəyan etdi ki, Azərbaycanda son altı ayda siyasi məhbuslarla bağlı heç bir irəliləyiş əldə olunmayıb.



«Transparency International» təşkilatı 2004-cü ilə aid hesabatını yaydı. 140-cı yerdə göstərilən Azərbaycan ən çox korrupsiyalaşmış ölkələr qrupuna aid edildi.



Prezident İlham Əliyev Çinə səfər etdi. İki ölkə arasında 13 sahə üzrə əməkdaşlıq müqaviləsi imzalandı. Bundan başqa, Pekində Azərbaycan-Çin biznes forumu keçirildi.



Avropa Şurası Parlament Assambleyasında məruzəçilər Andres Herkel və Andreas Qrossun Azərbaycanda öhdəliklərin yerinə yetirilmə vəziyyətinə dair hesabatları dinləndi. Məruzələrdə həm siyasi məhbus, həm söz və mətbuat azadlığı, həm də Seçki Məcəlləsi ilə bağlı ciddi irəliləyişlərin olmadığı qeyd edildi.



İctimai Televiziyanın Yayım Şurasının üzvləri bir araya gələrək Bakı Dövlət Universitetinin dosenti Cahangir Məmmədlini sədr seçdilər.



Müsavat, ADP və Xalq Cəbhəsi partiyası “islahatçılar” tərəfi seçkidə birgə iştirak etmək üçün blok yaratdılar.



Hökumət parlamentə hesabat verdi. Hesabatda baş nazir Artur Rəsizadə qeyd etdi ki, ötən il ölkənin iqtisadi həyatında ciddi irəliləyişlər əldə edilib.



Yenə də cəbhə xəttində atəşkəs bir neçə dəfə pozuldu. Həm Azərbaycan, həm də Ermənistan tərəfindən ölən və yaralananların olduğu bildirildi.



ATƏT-in Faktaraşdırıcı Missiyasının işğal edilmiş ərazilərdə məskunlaşmaya dair hesabatı açıqlandı. Prezident İlham Əliyevin Qarabağ üzrə xüsusi nümayəndəsi Araz Əzimov bildirdi ki, hesabat Azərbaycanın təqdim etdiyi məlumatlara yaxındır.



Prezident İlham Əliyev əfv haqda yeni bir fərman imzaladı. 114 nəfər şəxs, o cümlədən son prezident seçkiləri zamanı baş verən toqquşmalara görə həbs edilən müxalifətçilər azadlığa buraxıldılar.



Və nəhayət, yaz gəldi.



İndi isə bu həftəyə keçək.



Martın 21-də Dünya Bankının Cənubi Qafqaz üzrə aparıcı iqtisadçısı Kristian Petersonun başçılıq etdiyi nümayəndə heyətinin Bakıya gəlişi gözlənilir.



Həmin gün Gürcüstan prezidentinin xanımı Sandra Rulofs da Azərbaycana gəlməlidir.



Martın 23-dən 29-na kimi Bakıda boks üzrə beynəlxalq turnir keçirilməlidir.
XS
SM
MD
LG