Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:39
Rubrikalar

Azərbaycan, Gürcüstan və Ermənistanda təhsil problemləri...


Səs: Real audio
“İnternetdə cinayətkarlıq artır” «Yeni Azərbaycan» qəzeti hökumətin 2004-cü ilin yekunlarıyla bağlı parlament qarşısında hesabat verməsindən yazır. Məqalədə baş nazir Artur Rəsizadənin Milli Məclisdəki çıxışı haqqında ətraflı məlumat verilir. Baş nazir ötən ilin Azərbaycan iqtisadiyyatı üçün çox uğurlu olduğunu bildirib.



«Xalq Cəbhəsi» qəzeti də eyni mövzuya toxunub. «Baş nazir statistikadan, deputatlar isə problemlərdən danışdılar» yazan qəzet hökumətin fəaliyyətini tənqid edən çıxışları geniş işıqlandırıb.



«BMT Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yeni qətnamə qəbul edə bilər». «525-ci qəzet»in baş məqaləsi bu barədədir. Qəzet xarici işlər nazirinin müavini Araz Əzimova istinadən yazır ki, ATƏT-in Faktaraşdırıcı Missiyasının işğal olunmuş ərazilərdə qanusuz məskunlaşma haqda hazırladığı hesabat BMT-nin Baş Assambleyasında Dağlıq Qarabağ münaqişəsiylə bağlı növbəti müzakirələrin keçirilməsinə yol aça bilər.



«Üç nöqtə» qəzeti isə yazır ki, Faktaraşdırıcı Missiyanın hesabatı ümumilikdə Azərbaycanın xeyrinədir. Qəzet keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun bu məsələ ilə bağlı şərhinə də yer ayırıb.



«Bakı Xəbər» qəzeti Müsavat, Xalq Cəbhəsi və Demokrat partiyalarının parlament seçkilərinə vahid blok şəklində getmək qərarı haqqında yazır. Qəzetin baş məqaləsində qeyd olunur ki, seçkilərə vahid namizəd siyahısı ilə getmək barədə razılıq əldə edən üç müxalifət partiyası hakimiyyətdəki qüvvə üçün güclü rəqib olacaq.



«Yeni Müsavat» qəzeti eyni mövzuya geniş yer ayırıb.



«Gün» qəzeti isə müxalifətçilərin parlament seçkilərində şansları barədə yazır. Bununla bağlı məqalədə üç müxalifət partiyasının yaratdığı blokun parlamentdəki yerlərin 75 faizinə iddialı olduğu qeyd edilir.
XS
SM
MD
LG