Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:05

Rəsmi Bakı Faktaraşdırıcı Missiyanın hesabatından məmnundur


Səs: Real audio
“İnternetdə cinayətkarlıq artır” Xarici işlər nazirinin müavini Araz Əzimov bildirir ki, ATƏT-in Faktaraşdırıcı Missiyasının işğal altında olan Qarabağda məskunlaşma barədə aşkarladığı faktlar Azərbaycanın təqdim etdiyi məlumatlara yaxındır.



Cənab Əzimov martın 18-də keçirdiyi mətbuat konfransında bildirdi ki, missiyanın hazırladığı məruzə Azərbaycanın Xarici İşlər Nazirliyinə təqdim olunub. Məruzənin ilkin təhlili göstərir ki, işğal altında olan torpaqlarda ermənilərin məskunlaşdırılması ilə bağlı məruzədə göstərilən rəqəmlər Azərbaycanın müəyyənləşdirdiyi rəqəmlərə çox yaxındır.



“Biz belə hesab edirik ki, 20-23 min əhali yerləşdirilib. Missiya 15-16 min: Laçında-8-12 min, Kəlbəcərdə-1500-2000”.



Araz Əzimov məruzənin özünün də yaxınlarda ictimaiyyətə təqdim olunacağını söylədi. Onun sözlərinə görə, həmsədrlər məruzə ilə yanaşı məktub da yayıblar.



Məktubda həmsədrlər işğal olunan torpaqlarda ermənilərin məskunlaşdırılması prosesinin dayandırılması tələbi ilə çıxış ediblər və donor ölkələri məskunlaşmış əhalinin Ermənistana qaytarılmasına yardım göstərməyə çağırıblar.



Araz Əzimovun dediyinə görə, Ermənistan da bu məruzəni özü üçün qənaətbəxş hesab edir və dünən bununla bağlı bəyanat yayıb. Araz Əzimov hesab edir ki, qarşı tərəf Faktaraşdırıcı Missiyanın məruzəsini birtərəfli mövqedən şərh edib.



Bir neçə ay bundan əvvəl rəsmi Bakı işğal altında olan Azərbaycan ərazilərini erməni tərəfinin məskunlaşdırması ilə bağlı BMT-də məsələ qaldırmışdı.



Bunun ardınca həmin məlumatları araşdırmaq üçün Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Faktaraşdırıcı Missiyası yaradılmışdı.



Almaniyadan olan ekspertin rəhbərlik etdiyi bu missiyaya ATƏT-in Minsk Qrupuna daxil olan ölkələrdən savayı, Finlandiya, İsveç və İtaliyadan da ekspertlər daxil idi.
XS
SM
MD
LG