Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:16

Putin Ukraynanın qaz planını «qeyri-peşəkar» adlandırıb


Rusiyanın baş naziri Vladimir Putin deyir ki, Ukraynanın Avropa Birliyinə təqdim etdiyi yanar qaz planınını «zəif hesab edir və bu plan qeyri-peşəkardır»

Martın 23-ü Brüsseldə Ukrayna və Avropa Birliyi liderləri bir araya gələrək Ukraynanın qaz sistemini müzakirə ediblər və Avropa Birliyi Ukrayna qaz sistemini yenidən qurmağa kömək edəcəyinə söz verib. Əvəzində isə birlik rəsmi Kiyevdən enerji sektorunun idarə olunmasında daha şəffaf olmasını istəyib.
Soçidə jurnalistlərə müsahibə verən Putin deyib ki, Moskva Avropalı şərikləri ilə olan münasibətlərə yenidən baxmalıdır.

Bu ilin yanvar ayında Rusiya qazının Ukrayna vasitəsi ilə Avropaya ötürülməsi məsələsinə görə Rusiya və Ukrayna arasında mübahisə yaranmışdı. Mühabisə nəticəsində Avropaya ötürülən qazda iki həftə fasilə oldu.


XS
SM
MD
LG