Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:47

Martın 29-da 7 müxalifət liderinin kassasiya şikayətinə baxılacaq


Səs: Real audio
“İnternetdə cinayətkarlıq artır” 7 müxalifət liderinin kassasiya şikayətinə martın 29-da Ali Məhkəmədə baxılacaq.



Bu haqda hakim Nəriman Hüseynov məlumat verdi. Məhbusların məhkəmədə iştirak edib-etməməsi isə Hakimlər Kollegiyasının çıxaracağı qərardan asılı olacaq.



Nəriman Hüseynov məhkəmənin açıq keçiriləcəyini də bildirdi.



Vəkil Mirismayıl Hadi isə deyir ki, müdafiə tərəfi Ali Məhkəmənin qərarının əvvəlkilərdən fərqli olacağını gözləmir. Eyni zamanda müdafiə etdikləri şəxslərin əfvlə azad olunacağını da gözləyirlər.



Vəkil deyir ki, müxalifətçilər əfvlə azadlığa çıxsalar belə kassasiya şikayətlərinə baxılacaq. Çünki onların Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmələri üçün bu, şərtlərdən biridir.



7 müxalifət lideri—Müsavat başqanının müavinləri İbrahim İbrahimli və Arif Hacılı, Demokrat partiyasının baş katibi Sərdar Cəlaloğlu, Xalq partiyasının sədri Pənah Hüseyn, Ümid partiyasının sədri İqbal Ağazadə, Qarabağ Qazilər Birliyinin sədri Etimad Əsədov və «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin ötən ilin oktyabrında çıxardığı hökmlə 2 il yarımdan 5 ilədək azadlıqdan məhrum ediliblər.



Bir ay sonra Apellyasiya Məhkəməsi həmin hökmü qüvvəsində saxlayan qərar çıxarıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG