Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 09:49

Çin Azərbaycanın ərazi bütövlüyünü müdafiə edir…


Səs: Real audio
“İnternetdə cinayətkarlıq artır” İqtisadçı Vüsal Qasımlı deyir ki, Çinlə Azərbaycanın iqtisadi əlaqələri daha çox «Çamadan ticarəti» adlandırılan əlaqələrdən ibarətdir. Bu əlaqələr nəticəsində Azərbaycan Çindən ən müxtəlif mallar idxal edir. Dövlət Statistika Komitəsinin məlumatına görə 2003-cü ildə Azərbaycanla Çin arasında idxal 92 milyon dollar təşkil edib. Vüsal Qasımlı hesab edir ki, bu rəqəm həqiqəti özündə ehtiva etmir. «Çamadan ticarəti» adlandırlan iqtisadi əlaqələrin özəlliklərindən biri də onun satatistikadan gizlədilməsidir. Bununla belə, Vüsal Qasımlı qeyd edir ki, Çin Azərbaycanın quruda olan neft layihələrində iştirak edir və bu ölkə gələcəkdə də bu sahəyə qoyduğu investisiyanı artırmaq niyyətindədir.

Yeni Azərbaycan partiyası İcra Katibinin müavini Mübariz Qurbanlı isə səfərin siyasi tərəfinə böyük əhəmiyyət verir. Mübariz Qurbanlı deyir ki, prezident İlham Əliyevin son vaxtlar bir qayda olaraq demokratiyaya görə tənqid olunan ölkələrə səfər etməsiylə bağlı söylənilənlər həqiqət deyil. Düzdür, prezident bundan əvvəl Qətərə, Səudiyyə Ərəbistanına, İrana və Rusiyaya səfərlər etmişdi. Ancaq o Böyük Britaniyaya, Fransaya, İtaliyaya də səfərlər edib. Odur ki, bu səfərlərdə xüsusi bir səbəb axtarmağa ehtiyac yoxdur.

Mübariz Qurbanlı hesab edir ki, Azərbaycan balanslaşmış siyasət yürüdür və Çin, İran, Rusiya kimi ölkələrlə ikitərəfli əməkdaşlığın gücləndirilməsi ilə yanaşı Qərbə inteqrasiya siyasəti də davam etməkdədir.

Azərbaycan Naminə İctimai Formun rəhbəri Eldar Namazov isə deyir ki, artıq xarici siyasətdə heç bir balanslaşmadan söhbət gedə bilməz. Sadəcə prezident İlham Əliyevi hansı ölkəyə dəvət edirlərsə elə ora da gedir.

Eldar Namazov BMT Təhlükəsizlik Şurasının üzvü olan Çinə səfəri sıradan səfərlər sırasına daxil etmir. Onun sözlərinə görə, Çinin Azərbaycanın ərazi bütövlüyünü müdafiə etməsi təqdirə layiq haldır. Ancaq onun sözlərinə, görə təkcə bu il prezident heç bir hadisəylə yadda qalmayan bir çox xarici səfərlərdə olub. Eldar Namazov qeyd edir ki, əgər Ukrayna və Gürcüstan rəhbərliyi kimi prezident İlham Əliyevə Birləşmiş Ştatlardan da dəvət olardısa o bu səfərdən də heç də imtina etməzdi. Sadəcə, Azərbaycan hakimiyyəti islahatlar aparmadığından ABŞ-a səfər hələ ki, baş tutmur.

Günün bütün mövzuları

XS
SM
MD
LG