Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:21
Rubrikalar

Bu gün – martın 17-də Azərbaycanın 17-yaşlılardan ibarət futbol yığması Avropa Çempionatının seçmə qrup mərhələsi çərçivəsində hazırki Dünya Çempionu Fransanı 2-0 hesabıyla məşlub eləyib


Səs: Real audio
“İnternetdə cinayətkarlıq artır” 6-cı qrupda Azərbaycan və Fransadan başqa Şotlandiya və Türkiyə millisi də yer alıb. Bu qrupun oyunları Türkiyədə, Quş adasında keçirilir. Azərbaycanın 17 yaşlılardan qurulan yığması nşvbəti oyununu 2 gün sonra- Türkiyə millisi ilə keçirəcək. May ayında İtaliyada keçiriləcək Dünya Çempionatına vəsiqə qazanmaq üçün ümumilikdə 28 komanda 7 qrupda yarışır və yalnız qrup liderləri Dünya Çümpionatına vəsiqə qazana biləcək.







Şakir Qəribovun çalışdırdığı 17 yaşlılardan ibarət Azərbaycan yığması ötən il Lüksemburqda keçirilən birinci qrup mərhələsində yalnız Avstriyaya yenilərək Lüksemburq və Moldovanı qabaqlayaraq ikinci sıradan növbəti mərhələyə adlamışdı.











***







Kikboksun “Uorld Profi” növü üzrə Kiprdə keçirilən dünya çempionatına qatılan bütün Azərbaycanlı idmançılar medal qazana bilib. Larnaka şəhərində keçirilən və çərşənbə günü başa çatan yarışda Azərbaycanı Kikboks federasiyasının prezidenti Azər Həsənsoyun rəhbərliyi altında 9 idmançı təmsil edib. Gənclərin yarışında Emin Bayramov, Vüqar Qasımov və Şahin Mahmudov bürünc medal qazanıb. Böyüklər arasında Emin Süleymanov, Araz Musayev, Kamil Şərifov, Eldar Qazıbəyov və Hafiz Baxşıyev yalnız finalda məğlub olaraq, gümüş medallara sahib olublar. Dünya çempionu titulunu isə bütün rəqiblərini məğlub eləyən Elnur Salmanovla Emin Mirzəyev qazanıb.







***







Bu gün- Fiqurlu konkisürmə üzrə Moskvada keçirilən Dünya çempionatında Azərbaycanı təmsil edən Kristin Freyzer-İqor Lukanin çütlüyü orijinal rəqslərdə 48.82 balla 13-cü olub. 2 gün əvvəl məcburi rəqslərdə 31.16 bal toplayan Freyzerlə-Lukanin 14-cü olmuşdu. Iki proqramın cəminə görə isə Azərbaycanı təmsil edən cütlük 79.98 balla 3-cü sıraya yüksəlib. Frezer-Lukanin cütlüyü nşvbəti sərbəst proqramda martın 17-də yarışacaq. Azərbaycanı təmsil edən cütlük İtaliya, Turin şəhərində keçiriləcək Qış olimpiadasına vəsiqə qazanmaq üçün ilk 15-yerdən birini tutmalıdır. Moskvadakı Dünya Çempionatında Azərbaycanı təmsil edən digər idmmançılardan Andrey Dobroxodov 44 nəfər arasında 33-cü, Darya Timoşenko isə 41 idmançı arasında yalnız 39-cu olaraq elə təsnifat mərhəlindəcə yarışları dayandırıblar.







***







Martın 23-də Bakıda 9-cu beynəlxalq boks turniri başlanacaq. Ənvər Çoudrinin şərəfinə keçirilən bu turnirlə bağlı səbəbkarın özü həmişəkindən fərqli olaraq Bakıya gəlməyə bilər. Səbəbsə Çoudrinin zədə alması və qabırğasının sınmasıdır. 9 ildi keçirilən bu tirnirə 10-dan çox ölkədən idmçançılar qatılır və Azərbaycan yığmasının heyətinin müəyyənləşdirilməsi baxımından bu turnir şnəmli sayılır.







***







Afina olimpiadasında Azərbaycanı təmsil eləyən və Azərbaycan ağırlıqqaldıranları arasında ən uğuirlu nəticə gşstərən ağırlıq qaldıran Alan Naniyev bundan sonra Qazaxıstan millisinin uğuru üçün çalışacaq. Vladiqafqazda doğulan və legioner kimi Azərbaycan yığmasına çağrılan Naniyev milli komandanı dəyişməsi haqda xəbəri Qazaxıstan mətbuatına verib. Azərbaycan ağırlıqqaldıranlarının çalışdırıcısı Əfsətov isə bu olaydan xəbərsiz olduğunu və millini dəyişməyin qanunsuz olduğunu deyib.







***







Mart ayının 26-da Polşa, 30-da isə İngiltərə ilə qarşılaşacaq futbol üzrə əsas Azərbaycan yığmasının heyəti açıqlanıb. Brazilyalı çalışdırıcı Karlos Alberto Torres ölkə çempionatında uğurlu oyunuyla seçilən Mahmud Qurbanovu yenə də yığmaya çağırmayıb. VƏ açıqca etiraf edib ki, onun baş məşqçi olduğu mü
XS
SM
MD
LG