Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:37
Rubrikalar

Neftin qiyməti 57 dolları keçdi


Səs: Real audio
“İnternetdə cinayətkarlıq artır” Neft yenə bahalaşıb. Dünya bazarlarında bir barrel neftin qiyməti 57 dolları keçib. Son bir neçə gündə Azərbaycan neftinin satış qiyməti də ən yüksək səviyyəyə çatıb. Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən verilən məlumata görə, indi dünya bazarlarında Azərbaycanın ixrac etdiyi «Azeri light» markalı neftin 1 barrelinin qiyməti 55 dollara yaxındır, Azərbaycanın ixrac etdiyi «Ural» markalı neftin bir barrelinin qiyməti isə 47 dollar yarımdır.



«2005-ci ildə elektrik enerjisi qiymətinin dəyişməsi gözlənilmir». Bu barədə iqtisadi inkişaf naziri Fərhad Əliyev bildirib. "Azərenerji" Səhmdar Cəmiyyətinin prezidenti Etibar Piriverdiyev isə bir müddət əvvəl bildirmişdi ki, idarə ziyanla işləyir, çünki elektrik enerjisinin 1 kilovat saatının maya dəyəri 120 manata başa gəlsə də, Barmek" və "Bayva" şirkətlərinə 71 manata satılır. Tariflərin "həddindən artıq aşağı" olduğunu deyən Etibar Piriverdiyev onlara yenidən baxılmasının vacibliyini qeyd etmişdi.



Aprelin əvvəlində İtaliyanın "Ticelat" şirkətinin rəhbərliyindən ibarət nümayəndə heyəti Bakıya gələcək. Məqsəd ötən ay prezident İlham Əliyevin İtaliyaya rəsmi səfəri zamanı iki ölkə arasında Azərbaycanda makaron fabrikinin tikintisiylə bağlı imzalanmış müqavilənin texniki detallarını müzakirə etməkdir. 2 milyon 250 min avro dəyəri olan bu layihə çərçivəsində Xaçmazda müxtəlif çeşiddə makaron məhsulları istehsal edən müəssisə yaradılacaq.



Martın 17-ə olan məlumata görə, Milli bankda 1 dollar 4873 manat, 1 avro 6532 manat. 1 rubl isə 177 manatdır.
XS
SM
MD
LG