Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:34

Haqqında həbs qərarı çıxan Sudan prezidenti xaricə səfərə gedib


Beynəlxalq Haaqa Tribunalının haqqında həbs qərarı çıxarmasından sonra ilk dəfə olaraq Sudan prezidenti Ömər Əl Bəşir xarici ölkəyə səfərə gedib.

Əl Bəşir martın 23-də Eritreyaya səfərə gəlib. Səfər Eritreya prezidentinin rəsmi dəvətiylə baş tutub.

Martın 4-də Haaqa tribunalı Sudan prezidentini Darfurda insanlıq əleyhinə cinayətlərdə günahkar bilib, haqqında həbs qərarı çıxarmışdı. Bu qərardan bir həftə sonra eritreya prezidenti Sudan rəhbərliyiylə həmrəyliyini nümayiş elətdirmək üçün Ömər Əl Bəşiri ölkəısinə dəvət eləmişdi.

BMT-nin Haaqa Beynəlxalq Trubinalının nizamnaməsinə görə, tribunal haqda konvensiyaya üzv olan istənilən dövlət onun qərarlarını icra eləməyə məcburdur. Yəni, Sudan prezidentini də həbs eləməlidir.

Eritreya bu məhkəmə haqda konvensiyanı imzalamayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG