Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:44

“ATƏT böhrandadır?”


Səs: Real audio
“İnternetdə cinayətkarlıq artır” --“Frankfurter Rundşau”



Qırğızıstanda parlament seçkilərinin nəticələrinin saxtalaşdırılmasına etiraz edən müxalifətin mitinqləri davam edir. Ölkənin cənubunda Cəlilabad şəhərində 4 mindən çox etirazçı hökumət binasını zəbt edib.



Martın 15-də mitinqçilər nümayişə çəhrayı şallar və örtüklərdə çıxıblar. Bu, müxalifətin rəhbəri Kurmanbek Bakiyevin sevdiyi rəngdir, Cəlilabadsa onun istinadgahıdır.



Qırğızıstan hökuməti isə ABŞ-ı seçkidən əvvəl “Ukrayna və Gürcüstanda təcrübə keçmiş” 50 min əcnəbini qanunsuz Qırğızıstana keçirməkdə, habelə müxalifəti maliyyələşdirməkdə günahlandırır.



Rusiya isə Kantdakı hərbi qarnizonunu gücləndirib.



--“Vaşinqton Tayms”



ATƏT-in sədri bu qurumun nüfuzdan düşməsindən narahatdır.



ATƏT-nin hazırkı sədri, Sloveniyanın xarici işlər naziri Dimitri Rupel Vaşinqtona səfəri zamanı ABŞ-ı Avropada insan haqlarının əsas müdafiəçisi olan ATƏT-ə kömək etməyə çağırıb.



ATƏT Rusiyanı demokratiyanın geriləməsində tənqid etdikdən sonra rəsmi Moskva qurumun ikili standartlarından şikayət edir.



“Moskva ilə az ölkə razılaşır” deyən Dimitri Rupel bununla belə əlavə edib ki, “Moskvanın mövqeyini nəzərə almamaq da olmaz”.



--“Yu—Es—Ey Tudey”



Rusiya xüsusi xidmətləri ən böyük düşmənlərinin ovuna çıxıblar. Şamil Basayevin tutulması və ya öldürülməsinə kömək edəcək məlumatı verən şəxsə 10 milyon dollar mükafatdan başqa onun sonradan tanınmaması üçün lazım olan plastik əməliyyatın da xərci ödənəcək.



Bu haqda Federal Təhlükəsizlik Xidmətinin sözcüsü bildirib.



Çeçenistanın Rusiyapərəst rəhbərliyində təmsil olunan baş nazirin müavini Ramzan Kadırov “İnterfaks” agentliyinə deyib ki, Basayev məhv edilərsə, Çeçenistan müharibəsi “99 faiz başa çatacaq”.



--“İndependent”



Orta əmək haqqının 200 dollar olduğu ölkədə 10 milyon dollar almaq imkanı bir çoxları üçün cəlbedici görünür.



Moskvapərəst çeçen prezidenti Alu Alxanov deyir ki, pul mükafatı hələ də azadlıqda olan yaraqlıları daha tez “neytrallaşdırmağa” imkan verəcək.



--“Tayms”



İraqın bərpası və sunami qurbanları üçün nəzərdə tutulan milyardlarla dollar korrupsiyalaşmış məmurlar və biznesmenlərin cibinə axa bilər.



Bu haqda martın 16-da korrupsiyayla mübarizə üzrə “Transparency International” təşkilatı məlumat verib.



Təşkilatın hesabatına əsasən, təkcə keçən il müxtəlif ölkələrdə məmurlar 400 milyard dollar mənimsəyiblər.



İraq xüsusi narahatlıq doğurur. Hesabatda bildirilir ki, “Birləşmiş Ştatlar İraqın bərpasına 18 milyard dollar ayırıb və bu pullar korrupsiyaçılardan qorunmayıb. Çünki həmin vəsaitlərin xərclənməsinə nəzarət olunmur”.



--“Qardian”



Bu gün kiber-məkanda cinayətlərin sayı başqa cinayət növlərinə nisbətdə daha sürətlə artır.



Keçən il təkcə Britaniyada özünü başqa adam kimi qələmə verən canilər İnternet vasitəsilə 2.5 milyard dollar oğurlayıblar.



Amerika Ticarət Komissiyasının məlumatına görə isə, keçən il 10 milyon amerikalı kiber—canilərin qurbanına çevrilib və nəticədə 50 milyard dollar itiriblər.



Amma əsas narahatlıq doğuran məqam getdikcə İnternetdə cinayətlərin daha çox beynəlxalq miqyasda fəaliyyət göstərən mütəşəkkil qruplar tərəfindən törədilməsidir.
XS
SM
MD
LG