Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 02:43

İctimai TV-nin Yayım Şurasına C. Məmmədli sədrlik edəcək


Səs: Real audio
Gənclər Rusiyada siyasi qüvvəyə çevrilir Martın 17-də İctimai Televiziyanın Yayım Şurasının üzvləri toplaşaraq öz aralarından BDU-nun jurnalistika fakültəsinin dosenti Cahangir Məmmədlini sədr seçiblər.



Hələ martın 14-də Milli Məclis Yayım Şurasının tərkibini təsdiqlədikdən sonra Cahangir Məmmədli İctimai Televiziyanın fəaliyyətində bu Şuraya sədrlik edəcək şəxsdən çox şeyin asılı olacağını demişdi. Onun fikrincə, həmin adamdan bəlkə də, bu Şuranın taleyi asılı olacaq.



«İctimai Televiziyanın cəmiyyət boyda sahibi var. O sahib İctimai Televiziyanın fəaliyyətində kimdən azacıq şübhələnsə, həmin şəxs istefa verməlidir» deyən Cahangir Məmmədli əlavə edir ki, «hər bir qanunda boşluqlar ola bilər. Ancaq bu televiziyanın həqiqətən də cəmiyyətin olması üçün ictimai TV haqqında qanunun 60 faiz işləməsi bəs edər. Əgər qanun heç olmasa 60 faiz işləməsə, cəmiyyətin bizi hər cür qınamağa haqqı var».



«Yeni Nəsil» Jurnalistlər Birliyinin sədri Arif Əliyev isə Yayım Şurasına Cahangir Məmmədlinin sədr seçilməsini müsbət dəyərləndirir.



O deyir ki, «Cahangir Məmmədli Azərbaycan jurnalistikasında zəhməti, biliyi və nüfuzu olan bir şəxsdir. Ancaq onun işi çox çətin olacaq. Çünki, indiki mərhələdə İctimai Televiziyanın hansı əsasla yaranacağı, necə olacağı və hansı maliyyə çərçivəsində fəaliyyət göstərəcəyi dəqiq bilinmir. Əgər bu televiziyanın normal işləmək imkanı olmasa, nə qədər güclü potensiala malik tərkibdə Yayım Şurası formalaşsa da bunun heç bir əhəmiyyəti olmayacaq».



Arif Əliyev deyir ki, konkret məsələlər həll olunduqdan sonra vəziyyəti müəyyənləşdirmək mümkün olacaq. «Ancaq Cahangir Məmmədlidə bu işin öhdəsindən gəlmək bacarığı var».



Cahangir Məmmədli Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dosentidir. 40 ilə yaxındır ki, orada işləyir. Uzun müddət «Mətbuat tarixi» kafedrasının müdiri vəzifəsində çalışıb. Hazırda «Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi» kafedrasına rəhbərlik edir. Mətbuat Şurasının üzvüdür və İctimai TV-nin Yayım Şurasına namizədliyi də bu qurumdan irəli sürülmüşdü.
XS
SM
MD
LG