Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:30
Rubrikalar

Ötən il Azərbaycana 50 min avtomobil gətirilib


Səs: Real audio
Gənclər Rusiyada siyasi qüvvəyə çevrilir 2004-cü ildə xaricdən Azərbaycana təxminən 50 min avtomobil gətirilib. Bu barədə İqtisadi İnkişaf naziri Fərhad Əliyev Bakıda keçirilən Beynəlxalq Avtomobil Sərgisinin açılış mərasimində bildirib. Onun sözlərinə görə, ölkəyə idxal edilən avtomobillərin sayı ilbəil əhəmiyyətli dərəcədə artır. Bu avtomobillərin sırasında xüsusən daha bahalılarının sayı getdikcə çoxalmaqdadır.

İndi Azərbaycanda orta hesabla hər min nəfərə 75 avtomobil düşür. Bu isə ölkədə 600 mindən çox avtomobilin olduğunu göstərir.



Hindistan səfirliyi Hindistanda qeydiyyata alınmış hər hansı şirkətin Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonununda əmək fəaliyyəti ilə məşğul olmadığı haqqında bəyanat verib. Səfirlik bu bəyanatı Hindistan şirkətinin işğal olunmuş Kəlbəcər rayonundakı qızıl yataqlarında fəaliyyət göstərməsi haqqında Azərbaycan mətbuatında getmiş məlumata cavab olaraq yayıb.



Azərbaycan Ümumdünya Ticarət Təşkilatına daxil olmaq üçün əqli mülkiyyətin oğurlanmasına qarşı mübarizəni - saxta musiqi diskləri, kompüter proqramları və başqa pirat mallarıyla mübarizəni gücləndirməlidir Çünki bu, sözügedən təşkilata üzv olmağın şərtlərindən biridir. Bu fikir Amerikanın Patent və Ticarət Nişanları Ofisinin Azərbaycanın Müəllif Hüquqları üzrə Dövlət Agentliyi ilə birgə Bakıda keçirdiyi konfransda səslənib.



Azərbaycan manatı güclənməkdə davam edir, Martın 16-a olan məlumata görə, Milli Bankda 1 dollar 4872 manat, 1 avro isə 6487 manatdır.
XS
SM
MD
LG