Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:38

Hüquq müdafiəçiləri polis zorakılığının vüsət aldığını deyirlər, DİN-də isə bununla bağlı bir fakt da olsun qeydə alınmayıb


Səs: Real audio
Gənclər Rusiyada siyasi qüvvəyə çevrilir Hüquq-mühafizə orqanları ölkədə vətəndaşların polis zorakılığına məruz qalmadığını bildirsələr də, qeyri-hökumət təşkilatları və hüquq müdafiəçiləri bir qayda olaraq bunun əksini deyirlər. Onlar daha çox bu və ya digər formada zorakılığa məruz qalmış adamlara istinad edirlər. Polis zorakılığı haqda danışılanda polisin kiminsə evinə zorla girməsi və ya metro keçidində vətəndaşı səbəbsiz saxlaması da göstərilir, müvvəqqəti saxlama yerlərində zorakılığa məruz qalması da. Zorakılığa məruz qalanlar isə bu haqda şikayətlər yazsalar da çox vaxt şikayətlərinin cavabsız qaldığını deyirlər. Onlardan biri, Bakı şəhər sakini Nadir Abbasov müvəqqəti saxlama təcridxanasında saxlandığı 10 gün müddətində zorakılığın müxtəlif formalarıyla üzləşdiyini deyir. Onun sözlərinə görə, sonradan məhkəmədə sübut olunmayan cinayət işinə görə polis onu çağırışsız işdən bölməyə aparıb. Burda isə etmədiyi əməli boynuna alması üçün bir neçə gün döyülüb.

Nadir Abbasov 4 ildir məruz qaldığı zorakılıqlarla bağlı ayrı-ayrı hökumət strukturlarına şikayətlər ünvanlayır. Amma dediyinə görə, bu günə qədər kimdənsə cavab yoxdur.

Hüquq-mühafizə orqanları əməkdaşlarının vətəndaşa zorakılıq göstərməsi, işgəncə verməsiylə bağlı deyilənləri elə bu orqanlarda bir qayda olaraq yaxına buraxmırlar. Daxili İşlər Nazirliyinin əməkdaşı Ehsan Zahidov deyir ki, 2004-cü ildə nazirilyin daxili təhqiqatlar idarəsi vətəndaşa zorakılıq göstərən polislə bağlı bir fakt da qeydə almayıb. Ancaq vətəndaşla kobud rəftara görə işdən kənarlaşdırlan polislər də olub.

Ehsan Zahidova görə, polis zorakılığı haqqında deyilənlər hüquq müdafiəçilərinin uydurmasıdır. Beynəlxalq təşkilatlar da onlara istinad edib məlumatlar yayırlar.

Hüquq müdafiəçisi Elçin Behbudov isə bu günlərdə 2004-cü ildə polis zorakılığına məruz qalan 50-yə yaxın şəxs haqqında məlumatları toplayıb əcnəbi həmkarlarına göndərib. Deyir ki, ona müraciət edənlər konkret harda, hansı polis şöbələrində zoraklıqlara və işgəncələrə məruz qaldıqlarını göstəriblər.

Həm yerli, həm də beynəlxalq hüquq müdafiə təşkilatlarının bəyanatlarında siyasi partiyalar etiraz aksiyaları keçirən vaxt da vətəndaşların polis zorakılığı ilə üzləşdikləri göstərilir.

Həmin etiraz aksiyalarından sonra isə yüksək rütbəli polislər zorakılığın olmadığını, polisin qanunauyğun hərəkət etdiyini bildirirlər.
XS
SM
MD
LG