Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:26
Rubrikalar

Martın 17-də - Azərbaycanın 17-yaşlılardan ibarət futbol yığması Avropa Çempionatının finalına vəsiqə qazanmaq üçün Fransa millisi ilə qarşılaşacaq...


Səs: Real audio
Gənclər Rusiyada siyasi qüvvəyə çevrilir Moskvada keçirilən Fiqurlu Konkisürənlərin Dünya Çempionatında Azərbaycanı təmsil edən Kristin Freyzer İqor Lukanin cütlüyü ilk yarışdan sonra 31.16 balla yalnız 14-cü olub. Fərdi mübarizədə isə Andrey Dobroxodov Təsnifat mərhələsində 17-ci olmaqla artıq mübarizəni dayandırmışdı. Qadınların yarışında Azərbaycanı 1999-cu ildə Gənclər arasında Avropa Çempionu olan Darya Timoşenko təmsil edir. Amma Timoşenko da təsnifat mərhələsində 57, 32 balla yalnız 18-ci ola bilib. Martın 17-də Kristin Freyzer – İqor Lukanin cütlüyü növbəti müsabiqədə iştirak edəcək.





Martın 17-də - Azərbaycanın 17-yaşlılardan ibarət futbol yığması Avropa Çempionatının finalına vəsiqə qazanmaq üçün Fransa millisi ilə qarşılaşacaq. Türkiyədə keçirilən 6-cı qrupda Azərbaycan və Fransadan başqa Şotlandiya və Türkiyə millisi də yer alıb. Martın 15-də keçirilən oyunda Azərbaycan 0-3 hesabıyla ŞOtlandiyaya məğlub olub, Türkiyə yığması isə indiki çempion Fransanı 1-0 hesabıyla yenib. May ayında İtaliyada keçiriləcək Dünya Çempionatına vəsiqə qazanmaq üçün ümumilikdə 28 komanda 7 qrupda yarışır və yalnız qrup liderləri Dünya Çümpionatına vəsiqə qazana biləcək.





Şakir Qəribovun çalışdırdığı 17 yaşlılardan ibarət Azərbaycan yığması ötən il Lüksemburqda keçirilən birinci qrup mərhələsində yalnız Avstriyaya yenilərək Lüksemburq və Moldovanı qabaqlayaraq ikinci sıradan növbəti mərhələyə adlamışdı.





Azərbaycanın əsas futbol yığması isə Avropa Çempionatının seçmə mərhələsində növbəti oyunlarının martın 26-da Polşayla, martın 30-da isə İngiltərə isə səfərdə keçirəcək. Hal-hazırda yığma komandanın heyətinin müəyyənləşdirilməsi prossesi davam edir. Ölkə çempionatının martın 19-na planlaşdırılan növbəti turundan sonra Azərbaycan yığması Polşaya yollanacaq və Varşava yaxınlığında martın 26-na qədər təlim-məşq toplanışı keçirəcək. Martın 26-sı Polşayla qarşılaşmadan 1 gün sonrasa milli komanda İngiltərəyə, Nyukasla yollanacaq, və maertın 30-da İngiltərə yığmasıyla oyuna burda hazırlığı davam etdirəcək.





Martın 21-də Avstriyanın Lints şəhərində gənclər və yeniyetmələr arasında qılıncoynatma üzrə dünya çempionatı başlanacaq. Azərbaycanı bu yarışda 6 nəfərdən ibarət milli yığma komanda qoruyacaqdır. Yığmaya oğlanlardan Cəlil Ələsgərov, Ruslan Əzizov, Ramin Əmirov, qızlardan isə Aidə Ələsgərova, Səbinə Əmrahzadə və Sevil Bünyatova daxil edilib. Hazırda Azərbaycan qılıncoynatma yığması Dünya çempionatına hazırlıq məqsədi ilə Slovakiyanın Bratislava şəhərində beynəlxalq təlim–məşq toplantısı keçirir. Martın 20-dək davam edəcək toplanışa 36 ölkənin idmançıları qatılıb.
XS
SM
MD
LG