Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:15

Zeynal Məmmədli: “Yayım Şurasına seçki demokratiyanın imitasiyasıdır”


Səs: Real audio
Gənclər Rusiyada siyasi qüvvəyə çevrilir Azərbaycan Dövlət Televiziyasının keçmiş aparıcısı, profesor Rafiq Hüseynovun sözlərinə görə, Yayım Şurasına peşəkar və müstəqil şəxslərin düşməməsi göstərir ki, İctimai Televiziya ona bəslənən ümüdləri doğrultmayacaq.



Rafiq Hüseynov da Yayım Şurasına verilən namizədlərin arasında olub. Onun sözlərinə görə, hələ parlamentə getməzdən əvvəl vəziyyət ona aydın idi. Yəni, bilirdi ki, parlament İctimai Televiziyanın rəhbərliyinə müstəqil və peşəkar adamların düşməsinə imkan verməyəcək. Ancaq seçkidə iştirak edib ki, sonradan heç bir bəhanəyə əsas verməsin.



Rafiq Hüseynov deyir ki, qarşıdan parlament seçkiləri gəlir. Görünür, bütün ictimaiyyətin mənafeyini ifadə edən televiziyanın yaradılmasını istəmirlər.



Telejurnalistika nəzəriyyəçisi Zeynal Məmmədli isə deyir ki, parlamentdə Yayım Şurasının seçkisi demokratiyanın imitasiyasından başqa bir şey olmayıb. Onun sözlərinə görə, təkcə İctimai Televiziya ilə bağlı yox, son illər ölkədə bütün demokratik institutların yaradılmasında hakimiyyət demokratiya görüntüsünü yaratmağa çalışıb.



Zeynal Məmmədli hesab edir ki, Avropa Şurası istər dövlət televiziyasının bazasında səhmdar cəmiyyətin yaradılmasına, istərsə də Yayım Şurasına Yeni Azərbaycan partiyası üzvünün seçilməsinə öz etirazını bildirəcək. Ancaq onun sözlərinə görə, bu televiziyaya daha çox etiraz onun məzmunuyla bağlı olacaq.



Yayım Şurasının üzvü Cahangir Məmmədlinin isə İctimai Televiziyaya ümüdləri böyükdür. Onun sözlərinə görə, cəmiyyətin tədricən müdaxilələri hər işi öz qaydasına qoyacaq.



Hakim Yeni Azərbaycan partiyası icra katibinin müavini Bahar Muradova isə Yayım Şurasında müstəqil və peşakar insanların olmaması haqda deyilənlərlə razılaşmır. Onun sözlərinə görə, belə fikir formalaşdıranlar tək həmin insanları yox, həm də hakimiyyəti gözdən salmağa çalışırlar.



Bahar Muradova deyir ki, Azərbaycan hələ gənc ölkədir. Burada demokratiya hələ yeni-yeni təşəkkül tapır. Demokratik institutların formalaşmasında kənar təcrübəylə yanaşı mütləq daxili reallıqlar da nəzərə alınmalıdır.



Müsavat partiyasının başqanı İsa Qəmbər isə deyir ki, əsl ictimai televiziyanın yaradılması indiki hakimiyyətin sonu demək olardı. Ona görə əvvəlcədən də məlum idi ki, hakimiyyət nəsə AzTV-yə oxşar bir televiziya yaratmaq niyyətindədir.



İsa Qəmbər deyir ki, İctimai Televiziya adlandırılan qrumun AzTV—1-dən elə bir fərqi olmayacaq. Bu televiziya siyasi proseslərə, cəmiyyətdəki ab-havaya hər-hansı təsir göstərməyəcək. Yalnız ölkədə siyasi dəyişikliklərdən sonra əsl ictimai televiziyanın yaradılması üçün şərait və imkan yetişəcək.
XS
SM
MD
LG