Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 23:49

“Böyük şahmat”dan “böyük siyasət”ə


Səs: Real audio
Gənclər Rusiyada siyasi qüvvəyə çevrilir --“Tayms”



Qırğızıstanda bir qrup piketçi seçkilərin saxtalaşdırıldığını bildirərək qızıl mədənini işğal edib və region qubernatorunu girov götürüb. Onların əsas tələbi prezident Akayevin istefasıdır.



Seçkinin nəticələri Qərb üçün də çox vacibdir. Ona görə yox ki, demokratiyaya olan ümidlər boşa çıxdığı təqdirdə Qırğızıstan daha da zəif və kasıb hala düşəcək. İş ondadır ki, Qırğızıstan “Qərbin bütün Orta Asiyada təhlükəsizlik və islahatlara olan ümididir”.



Qırğızıstanda demokratiyaya dinc keçid mümkün olmasa, onda regionun başqa ölkələrinə heç bir ümid qalmayacaq.



--“Krisçen Sayns Monitor”



Pensionerlərin misli görünməmiş etiraz aksiyaları bir sıra anti-Putin gənclər təşkilatlarının formalaşmasına təkan verib.



Hətta Putinpərəst “Birgə irəliləyənlər” və “Bizimkilər” təşkilatlarının rəhbəri Vasiliy Yakemenko etiraf edir ki, “gələcək seçkilərdə gənclərin rolu maksimal olacaq”.



Yakemenko anti—Putin təşkilatlarını “xaricdən pul almağa can atan satqınlar” adlandırır.



Müxalif “Yabloko” gənclər təşkilatından İlya Yaşin də deyir ki, “2008-ci il prezident seçkiləri uğrunda mübarizə artıq başlanıb və burada gənclər hərəkatı kimi ictimai qurumlar ciddi rol oynayacaqlar”.



Onun sözlərinə görə, “hər kəs başa düşür ki, 2008-ci ildə küçələrə nəzarət edənin qələbə şansı daha çox olacaq. Kreml küçələrə nəzarəti ələ almağa çalışacaq və bu məqsədlə “Birgə irəliləyənlər” və “Bizimkilər” adlı təşkilatlar yaradılıb”.



--“Liberasyon”



Rusiyada çeçen separatçılarının lideri Aslan Məshədovun ölümünün rəsmi səbəblərinə şübhələr artmaqdadır.



Rusiya xüsusi xidmətlərinin məlumatına görə, Məshədov martın 8-də Tolstoy Yurt kəndində gizləndiyi evin zirzəmisində öldürülüb.



Amma “Moskovski Komsomolets” qəzeti başqa versiya irəli sürür: Yanvarda Məshədovun 8 qohumu Çeçenistan baş nazirinin müavini Ramzan Kadırova tabe olduğu bildirilən birləşmələr tərəfindən oğurlanmışdı. Onları xilas etmək üçün Məshədov Kadırovla danışıqlara razılıq verə, Kadırovsa öz növbəsində, onu edam etdirə bilərdi.



--“Moskou Tayms”



Harri Kasparov “böyük şahmat”dan “böyük siyasət”ə keçmək qərarına gəlib.



Ancaq Rusiya kütləvi informasiya vasitələri və ekspertlər birincisi, Kasparovu siyasi oyunda qaydalardan bixəbər həvəskar hesab edirlər. İkincisi, hətta dostları etiraf edirlər ki, Kasparov bir işdə uzun zaman oturuşa bilmir.



Qısası, ətrafda hər kəs Kasparova özünü siyasətə bağlamamağı və əvvəlki rahat dünyasına, 64 xanalı şahmat taxtasına qayıtmağı tövsiyə edir.



Amma Kasparov gözləniləndən daha böyük müvəffəqiyyətlər əldə edə bilər.



Tarixdə daha inanılmaz misallar var: məsələn, Hollivud döyüş filmlərinin qəhrəmanı olan Arnold Şvartsnegger hazırda iqtisadiyyatı həcminə görə dünyada beşinci olan bütöv bir ştata başçılıq edir”.

Günün bütün mövzuları

XS
SM
MD
LG