Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:08

«Transparensy International» Azərbaycanı ən çox korrupsiyalaşmış ölkələr qrupuna daxil edib


Səs: Real audio
“Nasistlər atom bombasının yaradılmasına yaxın idilər” «Azərbaycan korrupsiyanın səviyyəsinə görə 146 ölkə arasında 140-cı yerdə - ən çox korrupsiyalaşmış ölkələr qrupundadır».



Bu, Beynəlxalq Şəffaflıq Təşkilatının («Transparensy International») martın 16-da yayılan 2004-cü illə bağlı hesabatındandır.



Hesabatda bildirilir ki, Azərbaycanda korrupsiya haqqında qəbul edilən qanun ictimaiyyət arasında böyük dəstək alsa da, Dövlət Qulluğunu İdarəetmə Şurası yanında yaradılan Korrupsiyaya qarşı Mübarizə Komissiyasında qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri nümayəndələri təmsil olunmayıb.



ABŞ-ın Azərbaycandakı səfiri Rino Harniş də Azərbaycanda korrupsiya ilə bağlı böyük problem olduğunu deyib.



«Biz «Minilliyin çağırışı» proqramı çərçivəsində Azərbaycana yardım etmək istəsək də, korrupsiya problemi Azərbaycanın bu yardımı almamasında əsas rol oynadı. İndi ABŞ-ın Ədliyyə Nazirliyinin nümayəndələri Azərbaycanın Baş Prokurorluğunun təmsilçiləri ilə işləyirlər. Lakin elə bilirəm ki, bu, birgə səylərin yalnız başlanğıcıdır. Azərbaycan nümayəndələri korrupsiyanın qarşısının alınması üçün praktik ideyalar irəli sürməlidirlər».



Rino Harniş seçki mövzusuna da toxunub. Onun sözlərinə görə, qarşıdan gələn parlament seçkiləri Azərbaycan üçün «çox əhəmiyyətli – tarixi bir seçki» olacaq.



«Bu, Azərbaycanın gələcəkdə əldə edəcəyi nailiyyətləri müəyyən edəcək seçki ola bilər. Biz seçkilərin ədalətli keçirilməsi üçün bir çox proqramlar təklif etmişik. Və Azərbaycan hökumətinin ən yüksək səviyyəli rəsmiləri ilə danışıqlarda öz köməyimizi təklif edirik ki, bu, Azərbaycanın gələcəyi üçün müstəsna əhəmiyyətə malik və ədalətli seçki olsun».

Günün bütün mövzuları

XS
SM
MD
LG