Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:33

ABŞ səfiri atəşkəsin pozulmasından narahatdır


Səs: Real audio
“Nasistlər atom bombasının yaradılmasına yaxın idilər” Müdafiə Nazirliyi martın 14-də Ağdam rayonu istiqamətində erməni silahlı qüvvələri ilə atışmada iki Azərbaycan əsgərinin həlak olduğunu təsdiqləyir.



Nazirliyin mətbuat xidməti martın 15-dən 16-na keçən gecə də atəşkəsin pozulduğunu bildirib. Gecə saat 20.30-dan 01.45-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Ağdamın işğal olunmuş Sarıcalı kəndindən Azərbaycanın üzbəüz mövqelərini atəşə tutublar. Bu dəfə itki olmayıb. Məlumatı Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Ramiz Məlikovdan almışıq.



Müdafiə Nazirliyinin məlumatına görə, martın 8-dən erməni silahlı qüvvələri atəşkəsi az qala hər gün pozmağa başlayıblar. Ramiz Məlikovun fikrincə, bu da erməni tərəfinin yenidən müharibəyə başlamaq niyyətindən xəbər verir.



Martın 17-də isə Azərbaycan-Ermənistan silahlı qüvvələrinin təmas xəttində növbəti monitorinq keçiriləcək. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik monitorinqdə Ermənistan tərəfdən iştirak edəcək.



Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Rino Harniş isə martın 16-da bildirib ki, ölkəsi atəşkəsin pozulması hallarını diqqətlə izləməkdədir.



Onun sözlərinə görə, atəşkəsin pozulması narahatlıq və həyəcan doğurur. Və bu bir daha göstərir ki, Dağlıq Qarabağ münaqişəsi “donmuş münaqişə” deyil. Ona diqqət yönəltməyi, bu sahədə iş görməyi və onun həllini tələb edən münaqişədir.



«Odur ki, biz bu münaqişəni yaxından izləyirik. Başa düşürük ki, cəbhə xəttində atəşkəsin pozulması yolverilməzdir. Və bu baxımdan, biz ATƏT nümayəndəsi Anjey Kasprşikin burada olmasını və yaxından iştirakını yüksək qiymətləndiririk».

Günün bütün mövzuları

XS
SM
MD
LG