Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:16

Malkolm Bryus: “Siyasi məhbus məsələsi birdəfəlik həll olunmalıdır”


Səs: Real audio
“Nasistlər atom bombasının yaradılmasına yaxın idilər” Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda siyasi məhbuslar məsələsi üzrə məruzəçisi Malkolm Bryus bugünkü mətbuat konfransında bildirdi ki, son 6 ayda siyasi məhbusların azadlığa buraxılması ilə bağlı hər hansı irəliləyişin olmaması Avropa Şurasını çox narahat edir.



«Son 6 ayda bu sahədə irəliləyiş yoxdur, bu bizi çox narahat edir. Ümumiyyətlə, son 6 ayda hadisələrin gedişini AŞPA-nın Hüquq Məsələləri və İnsan Haqları Komitəsi qənaətbəxş hesab etmir. Yanvarda bu komitənin iclasında belə rəylər söylənmişdi ki, məsələ yaxın zamanda həll olunmasa, Azərbaycanla Avropa Şurasının münasibətlərinə yenidən baxmaq lazım gələcək. Bu məsələ isə mənim səfərimdən və bundan sonra Azərbaycanın atacağı addımlardan asılıdır. Biz görsək ki, Azərbaycan tərəfdən səylər var, iş görülür, əlbəttə, aprel iclasında buna müsbət rəy veriləcək. Əks halda, Azərbaycan üçün bu vəziyyət arzuolunmazdır. Son 6 ayda vaxt uzadılır, məsələ isə həll olunmur. Biz yeni vaxt uzatmalarını qəbul etməyəcəyik və bunu birmənalı şəkildə Azərbaycan hökumətinə çatdırmışıq».



Cənab Bryus siyası məhbusların əvvəlki siyahısında adları olanların çoxunun azadlığa buraxıldığını da dedi. Yeni siyasi məhbusların yaranmasından isə narahat olduğunu vurğuladı. Yaxın iki-üç həftədə əfv fərmanının gözləndiyini və bu əfvlə siyasi məhbusların böyük əksəriyyətinin azadlığa çıxmasıyla məsələnin həll olunacağına ümid etdiyini dedi.



Malkolm Bryus prezident seçkilərindən sonra həbs olunanların azadlığa buraxılmasını da vacib sayır. «Azad və ədalətli seçkilərin keçirilməsi üçün müxalifət liderlərini azadlığa buraxmaq düzgün olardı» - deyə o, bildirdi. Ancaq cənab Bryusun siyahısında prezident seçkilərindən sonra həbs olunanların adları yoxdur.



«Bizim siyahı 2003-cü il oktyabr hadisələrindən əvvəl tərtib olunub. AŞPA-nın mövqeyi belədir ki, əvvəlki siyahıdakı məhbuslar azad edildikcə yeni adamların adları əlavə olunmasın. Ancaq bu şəxslərin həbsdə qalması bizdə narahatlıq doğurur. Məsələni prezidentlə müzakirə etmişəm. Ona çatdırdım ki, beynəlxalq müşahidəçilər məhkəmənin qərəzli və qeyri—obyektiv keçirildiyini təsdiq edir. Prezident problemi qəbul etmədi, ancaq razılaşdı ki, doğrudan da, payızda keçiriləcək parlament seçkiləri zamanı müxalifət liderlərinin bir qisminin həbsxanada olması arzuedilməzdir və məsələ həll olunmalıdır».



Malkolm Bryus onu da bildirdi ki, vətəndaşların sərbəst toplaşmaq hüquqları pozulmamalıdır. Azad məhkəmənin olması isə vacibdir.



«Bu məsələni xüsusi kontekstdə müzakirə etmişik. AŞPA-nın müstəqil ekspertlərinin tərtib etdiyi siyasi məhbus siyahısından 9 nəfər hələ azadlığa buraxılmayıb. Onlardan 8-nin təkrar məhkəməsi keçirilib. Azərbaycanın hökumət rəsmiləri hesab edirlər ki, məhkəmə ilə məsələ həll olunub. Biz belə hesab etmirik. Çünki təkrar məhkəmələrdə də azad və müstəqil məhkəmə baxışı təmin edilməyib və onların günahı tamamilə sübuta yetməyib. Bu onu göstərir ki, Azərbaycanda qərəzsiz və müstəqil məhkəmə sistemi yaranmayıb».

Günün bütün mövzuları

XS
SM
MD
LG