Keçid linkləri

2024, 24 May, Cümə, Bakı vaxtı 21:18

Ərəb investorları "Mercedes-Benz"in sahiblərindən biri oldu


Daymler Avtomobil Konserninin səhmlərinin qiyməti dünya birjalarında kəskin şəkildə qalxıb. Səhmlər 6 faiz bahalanıb.

Daymler Konserninin idarə paketindəki səhmlərin bir hissəsini ərəb investorlara satması qiymətləri artırıb.

"Mersedes-Benz" avtomobillərini də istehsal eləyən Daymler Konserni martın 22-də satış haqda məlumatları açıqlamışdı. Konsern səhmlərinin bir hissəsini Birləşmiş Ərəb Əmirliklərindən olan "Aabar İnvsestments" şirkətinə satıb. Əvəzində ərəb investorları avtomobil konserninə 2 milyard avroya yaxın (1.95 milyard avro) kapital yatıracaq.
XS
SM
MD
LG