Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:31

AŞPA məruzəçisi Bakıda “siyasi məhbus” məsələsini müzakirə edib


Səs: Real audio
“Nasistlər atom bombasının yaradılmasına yaxın idilər” AŞPA-nın siyasi məhbuslar üzrə məruzəçisi Malkolm Bryus Bakıda bir neçə görüş keçirib.



İlk görüş hüquq müdafiəçiləri ilə olub. Görüşdə Hüquq Müdafiə Mərkəzindən Eldar Zeynalov və Zəlihə Tahirova, Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus iştirak ediblər.



Onlar cənab Bryus başda olmaqla AŞPA-nın digər nümayəndələri Valeri Klemer və Mats Lindberqlə birgə Azərbaycanda “siyasi məhbus” məsələsini, bu sahədəki vəziyyəti müzakirə ediblər.



Hüquq müdafiəçiləri Rəna və Murad Sadəddinovlar isə onlarla görüşdə deyiblər ki, AŞ-a göndərilən siyasi məhbus siyahılarına adı düşənlərin əksəriyyəti azad edilməyib. Hüquq müdafiəçiləri 200-ə qədər siyasi məhbusun hələ də məhbəsdə olduğunu qeyd ediblər.



Cənab Bryus bildirib ki, bu onun Azərbaycana siyasi məhbuslarla bağlı son səfəridir və ümid edir ki, "növbəti əfv fərmanı ilə bütün siyasi məhbuslar azad olunacaqlar".



Avropalı qonaq son prezident seçkisinin ardınca hökumət qüvvələri ilə müxalifətçilər arasında toqquşmaların təşkilində günahlandırılaraq həbs edilən müxalifət fəallarının ailə üzvləri ilə də görüşüb.



Səfərinin sonunda o, prezidentlə görüşüb. M. Bryusun səfəri martın 16-da başa catacaq.
XS
SM
MD
LG