Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:12

Azərbaycan çirkli pulların yuyulmasıyla mübarizəni gücləndirməlidir


Avropa Şurasının “Çirkli Pulların Yuyulması və Terrorçuluğun Maliyyələşdirilməsiylə mübarizə” Komitəsi (qısa adı "MONEYVAL")
Azərbaycanda bu sahədəki mübarizənin zəifliyindən narahatdır.

"MONEYVAL" yaydığı son bəyanatda Bakıdan ən qısa zamanda çirkli pulların yuyulması və terrorun maliyyələşməsiylə mübarizə üçün tələb olunan mexanizmləri yaratmağı tələb edir.

Bəyanatda deyilir ki, təşkilat ötən ilin dekabrında, 28-ci plenar sessiyada bu narahatlıqlarını rəsmi bəyanat şəklində açıqlamışdı.
Bu il martın 20-də, Strasburqdakı 29-cu plenar sessiyada da Azərbaycandakı mövcud vəziyyət müzakirə edilib.

Müzakirələr zamanı Milli Məclisin fevralın 18-də "Çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşməsi haqda qanun"a düzəlişlə eləməsi müsbət qeyd olunub.

Ancaq "MONEYVAL" rəsmi Bakıdan tələb edir ki, götürdüyü öhdəliklərə uyğun olaraq, çirkli pulların yuyulmasıyla mübarizə üçün tələb olunan bütün qanuvnercilik bazasını ən qısa zamanda qəbul eləsin.

Günün bütün mövzuları

XS
SM
MD
LG