Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:33

Binədəki əksər ticarət köşkləri sökülüb


Sökülən mərkəzdə 3 mindən artıq ticarət obyektinin olduğu bildirilir
Sökülən mərkəzdə 3 mindən artıq ticarət obyektinin olduğu bildirilir
Binə Ticarət Mərkəzindəki əksər ticarət köşkləri sökülüb. Beş-altı cərgədə yerləşən mağazalardan yalnız bir cərgəsi saxlanılıb.

Bunu «Azadlıq» radiosuna həmin mərkəzdə çalışan sahibkarlar deyiblər. Onların sözlərinə görə, qalan ticarət köşkləri gələn həftə söküləcək.

Martın 5-də Binə Ticarət Mərkəzində çalışan bir qrup sahibkar ticarət köşklərinin köçürüləcəyilə bağlı xəbərdarlığa etiraz olaraq yaxınlıqdakı avtomobil yolunu bağlamağa cəhd göstərmişdilər. Onlardan 8 nəfərini polis saxlamışdı.

Həmin vaxt sahibkarlara mağazalarının köçürülməsilə bağlı martın 9-na qədər vaxt verilmişdi. Sahibkarlar isə onlara bir-neçə ay möhlət verilməsini istəyirdilər.

Binə Ticarət Mərkəzindən çıxarılan sahibkarlar yaxınlıqdakı «Yeganə bazarı» adlanan əraziyə köçürülürlər.

Sökülən mərkəzdə 3 mindən artıq ticarət obyektinin olduğu bildirilir. Sahibkarların sözlərinə görə, köçürülən ticarət mərkəzinin yerindən magistiral yol çəkiləcək.
XS
SM
MD
LG