Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:51

İpoteka kreditləri 10-15 il müddətinə veriləcək


Səs: Real audio
“Nasistlər atom bombasının yaradılmasına yaxın idilər” Parlament martın 15-də «İpoteka haqqında» qanunu ikinci oxunuşda qəbul edib.



Milli Bankın sədri Elman Rüstəmov isə bildirib ki, «İpoteka haqqında» qanun qəbul olunandan sonra verilən kreditlərin faizi aşağı, indiki qiymətlərdən fərqli olacaq. Məqsəd əhalinin ev almaq imkanı olmayan təbəqəsinin mənzillə təmin edilməsinə şərait yaratmaqdır.



Cənab Rüstəmovun sözlərinə görə, ilkin dövrdə uzunmüddətli, yəni 20-25 il müddətinə kredit vermək mümkün olmayacaq. Ona görə də kreditlər 10-15 il müddətinə veriləcək. Amma dövlətin imkanları genişləndikcə, həmin müddət arta da bilər.



İqtisadçı ekspert Azər Mehtiyevsə bildirir ki, ipoteka kreditinin müddəti nə qədər qısa olarsa, şərtlər də bir o qədər ağırlaşacaq. İqtisadçı ekspertin sözlərinə görə, kreditlərin qısa müddətə verilməsi həm də bankların maliyyə ehtiyatlarının az olduğunu göstərir. Buna görə də tələb çox, təklif az olduğundan, kreditin faizi də artacaq.



Milli Bankın prezidenti bildirir ki, kredit hamıya verilsə də, gələcəkdə hansısa bir təbəqəyə, o cümlədən gənc ailələrə güzəştlər oluna, yüngülləşdirilmiş şərtlərlə kredit verilə bilər.



Elman Rüstəmovun sözlərinə görə, qanun qəbul olunsa, onlar bu ildən onun reallaşdırılmasına başlaya biləcəklər.
XS
SM
MD
LG