Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:03

ABŞ Əfqanıstanla bağlı yeni siyasətini NATO-ya izah eləyir


ABŞ Əfqanıstanla bağlı yeni siyasətini NATO-dakı müttəfiqlərinə ətraflı izah eləyəcək.

Birləşmiş Ştatların Əfqanıstan və Pakistan üzrə xüsusi elçisi Riçard Holbruk martın 23-də NATO-nun baş katibi Yap De Hup Skefferlə görüşüb. Görüşün detalları haqda məlumat verilmir. Bu görüşdən sonra ABŞ rəsmisi 26 NATO ölkəsinin səfirləriylə də görüşməlidir.

Amerikanın Əfqanıstanla bağlı yeni “çıxış strategiyası”ndan danışan prezident Barak Obama demişdi ki, "ABŞ təkbaşına Əfqanıstandakı müharibəyə son qoyulması missiyasını həyata keçirə bilməz və məsuliyyət bölüşülməlidir".
Obama çıxışında həmçinin ancaq güc yoluyla problemin həllinin mümkünsüzlüyünü də vurğulamışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG