Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:21

Avropa Birliyi Ukraynanın qaz tranzit sistemini yeniləyir


Avropa Birliyi Ukraynaya ölkənin qaz tranzit sistemi yeniləmək üçün yardım eləyəcək.

Martın 23-də Brüsseldə keçirilən ortaq toplantıdan belə qərar çıxıb. Toplantıda Avropa Birliyi, Ukrayna liderləri və Rusiyanın nümayəndələri də iştirak eləyirdilər.

Avropanın iri maliyyə qurumlarının da qatıldığı görüşdə Ukraynaya qaz transit sitemini yenidən qurmaq üçün yardım edilməsi nəzərdə tutulub. Əvəzində isə, Ukrayna bu yatırımları həvəsləndirəcək islahatlar həyata keçirməyi öhdəsinə götürür.

Imzalanan birgə bəyannamədə qeyd olunur ki, Kiyev 2011-ci ilin sonuna qədər bütün lazım olan islahatları bitirməlidir ki, bundan sonra Rusiyadan Avropaya qaz nəqlində heç bir problem yaşanmasın.

Bu ilin əvvəlində ikinci dəfə Rusiyadan Avropaya qaz nəqlində problemlər yaşanmışdı. Rusiya tərəfi Ukraynanın qaz pulu borcu olmasını əsas gətirib bu ölkəyə verdiyi qazı kəsəndə. Moskva iddia eləyirdi ki, Kiyev bunun əvəzində Avropaya çatmalı olan qazı oğurlayır.
XS
SM
MD
LG