Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:04

“Kasparovun könlündən prezidentlik keçir”


Səs: Real audio
“Nasistlər atom bombasının yaradılmasına yaxın idilər” --“İnterneşnl Herald Tribyun”



Rusiya hökuməti keçən həftə Aslan Məshədovun qaldığı evin partladıldığını bildirib. Bu, daha təhlükəli partlayışların qarşısını almaq üçün edilib. Amma hüquq müdafiəçiləri və tənqidçilər bu arqumenti qəbul etmirlər.



Rəsmi versiyaya görə, Məshədov Tolstoy Yurt kəndindəki evin zirzəmisində öldürülüb.



Amma bu evdə ailəsi ilə birlikdə yaşayan Yaha Yusupova Məshədovun onun evində olduğunu inkar edir. O düşünür ki, Rusiya xüsusi xidmətləri Məshədovu bura özləri gətirə bilərdi.



Çeçenistan üzrə mütəxəssis Anna Politkovskaya deyir ki, ola bilsin, evi Məshədovun rəsmi ölüm versiyasını şübhə altına ala biləcək dəlilləri məhv etmək üçün partladıblar.



Rusiya daxili işlər nazirinin müavini Arkadi Yedelev bu cür ittihamları rədd edir. Onun sözlərinə görə, bunkerə baxış keçirən mütəxəssislər Məshədova məxsus içərisinə partlayıcı quraşdırılan sənədlər yeşiyi aşkarlayıblar.



Yedelev deyir ki, onlar bütün evi gələcək sürprizlərdən qorunmaq üçün partladıblar.



--“Moskou Tayms”



“Qazprom”la Ermənistanın müştərək müəssisəsi olan “Armrosqazprom” bir ay ərzində İran—Ermənistan qaz kəmərinin tikintisinə başlamağı planlaşdırır.



Şirkətin rəhbəri Karen Karapetyanın sözlərinə görə, kəmərin tranzit məqsədilə istifadəsi nəzərdə tutulmur.



Kəmərin inşası 2007-ci ilədək başa çatdırılmalıdır. İlkin mərhələdə İran hər il Ermənistana 1.1, 2019-cu ildən etibarən isə 2.3 milyard kubmetr qaz ötürəcək.



Layihə 200—250 milyon dollar civarında qiymətləndirilir.



--“Qardian”



Harri Kasparov Rusiyada 2008-ci il prezident seçkilərində iştirakını istisna etmir. Bu haqda o, “Qardian” qəzetinə müsahibəsində bildirib.



Kasparov deyib ki, o, şahmatda mümkün olan hər şeyə nail olub və ona yeni stimullar gərəkdir. Və onun üçün bu stimul siyasət olacaq.



Amma Kasparovun fikrincə, 2008-ci ildə prezident seçkisi ümumiyyətlə, heç keçirilməyə də bilər. O, deyir:



“Rusiyada olduqca açıq tendensiya sezilir: Putin bir institut kimi demokratiyaya qarşı çıxır. O, seçkilərin olmasını istəmir. Təyin edilmiş parlament olacaq və bu parlament sonradan prezidenti seçəcək”.



--“Uolt Strit Cournal”



60 il ərzində alman elmi bununla təsəlli tapırdı ki, nasizm dövründə çoxlu dəhşətlər törətsə də, Adolf Hitlerə atom silahı verməyib. Guya, alman fizikləri bilərəkdən nüvə silahının istehsalını yubadırmışlar.

Amma bazar ertəsi alman dilində nəşr olunan yeni kitab bu versiyanı şübhə altına alır.



“Hitlerin bombası” əsərinin müəllifi Rayner Karlş iddia edir ki, nasisitlər 1945-ci ilin martında nüvə partlayışı həyata keçiriblər. Tarixçilər və mütəxəssislər isə bu iddianın dəlillərə əsaslanmadığını bildirirlər.



Lakin o vaxtlar aparıcı alman alimləri ilə işləmiş Nevada Universitetindən Friduord Uinterberq deyir ki, doğrudan da, “1945—ci ildə Almaniya atom bombasının istehsalı texnologiyasına malik idi. Təkcə uran çatışmırdı. Və əgər bir az çox vaxtı olsaydı, Almaniya istədiyinə nail olardı”.

Günün bütün mövzuları

XS
SM
MD
LG