Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:11

YAP müxalifətlə dialoqa ehtiyac görmür


Səs: Real audio
Çeçen yaraqlılarının başında Səudiyyə terrorçusu durur «Biz bəyan edirik ki, Yeni Azərbaycan partiyası dialoqdan çəkinmir. Və onun dialoqa getməsinə mane olan hər hansı bir amil yoxdur. Amma əldə olunan razılaşma elə həmin gün də pozulursa, müxalif qüvvələrlə təkrar danışıqlara ehtiyac görmürük».



Yeni Azərbaycan partiyasının icraçı katibi Əli Əhmədov martın 15-də jurnalistlərlə söhbətində belə deyib. O bildirib ki, «Monitor»un baş redaktoru Elmar Hüseynovun qətlindən sonra iqtidarla müxalifət arasında əldə olunan razılaşmanın ömrü cəmi bir neçə saat çəkdi.



Əli Əhmədovun fikrincə, müxalif qüvvələr Azərbaycan iqtidarının və ya hakim Yeni Azərbaycan partiyasının danışıqlara getməməsi haqda təsəvvür yaratmağa çalışsalar da, bu, belə deyil.



Xalq Cəbhəsi partiyası “islahatçılar” qanadının rəhbəri Əli Kərimli isə bildirir ki, son 11 ildə iqtidarla müxalifət arasında dialoqun baş tutmamasının günahkarı elə hakimiyyətin özüdür.



O ki qaldı son razılaşmaya, Əli Kərimlinin sözlərinə görə, Elmar Hüseynovun qətlindən sonra hakimiyyət müxalifətlə danışıqlarda bir şeyi təklif edirdi: «Necə edək ki, Elmar Hüseynovun qətli ölkənin siyasi həyatına təsir etməsin. Başqa sözlə, bizə redaktorun qanını batırmağı təklif edirdilər…»



Əli Kərimlinin fikrincə, müxalifət bu prosesdə iqtidara yardımçı ola bilməzdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG