Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:06

Novruz bayramı ərəfəsində bazarlarda saxta mallar çoxalıb


Səs: Real audio
Çeçen yaraqlılarının başında Səudiyyə terrorçusu durur Ölkə bazarlarındakı malların keyfiyyətinə İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Departamenti cavabdehdir. Departamentin nümayəndəsi Akif Əkbərov deyir ki, saxta mallarla mübarizə aparmaq olar, amma onların kökünü kəsmək mümkün deyil. Niyə? Bu barədə bir qədər sonra danışacağıq.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə təəssüflənir ki, qeyri-hökumət qurumlarının saxta mallara qarşı apardığı kampaniya elə də böyük səmərə vermir. Onun verdiyi məlumata görə, adətən bayramlarda olduğu kimi bu Novruz bayramında da bazarlar saxta və aşağı keyfiyyətli mallarla doludur. O deyir ki, bayram ərəfəsində ümumilikdə tələbat artdığı üçün saxta malların satışı üçün geniş meydan açılır. Onun verdiyi məlumata əsasən, indi bazarlarda qablaşdırılmış aşağı keyfiyyətli çərəzlər və şirniyyat məmulatları daha çoxdur. Eyyub Hüseynov İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Departamentinin saxta mallara qarşı gördüyü tədbirləri yetərli saymır. Departamentin nümayəndəsi Akif Əkbərov isə deyir ki, onlar keçən il qiyməti 30 milyon manatdan çox olan 90 adda saxta qida məhsulunu məhv ediblər. Onun sözlərinə görə, insan həyatı üçün təhlükəli olan bu ərzaq məhsullarının istehsalına və satışına görə təxminən 650 milyon manatlıq cərimə sanksiyaları tətbiq olunub. Amma Akif Əkbərovun fikrincə, onlar saxta malların kökünü tamamilə kəsə bilməzlər, çünki belə malların əksəriyyəti xarici ölkələrdən, özü də fərdi şəkildə gətirilir. İqtisadi İnkişaf Nazirliyi isə daha çox yerli istehsal olan saxta mallarla mübarizə aparmaq mexnizmlərinə malikdir.

Akif Əkbərov bir məlumatı da açıqlayıb ki. bundan sonra saxta mallarla mübarizə aparmaq nisbətən asanlaşacaq. Onun bildirdiyinə görə, Nazirlər Kabineti 15 gün əvvəl saxta malların satışdan yığışdırılması qaydalarını təsdiq edib. Əvvəllər isə qanun saxta mal satışını qadağan etsə də, həmin malların satışdan yığışdırılması üçün başqa normativ sənədlər yox idi.

Asiya İnkişaf Bankının duzun yodlaşdırılması ilə bağlı layihəsinin koordinatoru Vüsalə Allaverdiyeva isə deyir ki, saxta malların geniş yayılmasının bir səbəbi də qanunla işləyən sahibkarların öz mal nişanlarını müdafiə etməməsidir. O, Azərbaycanda duz istehsalçılarının assosiasiyasını yaratmağa cəhd etdiklərini, amma buna nail ola bilmədiklərini deyib. «Azərbaycanda istehsalçı mədəniyyəti çox aşağıdır və onlar öz hüquqlarını müdafiə edə bilmirlər».

Belə fikirlər də səslənir ki, saxta mallara qarşı təkcə dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının mübarizəsi kifayət deyil. Standartlaşdırma, Metrologiya və Patent İdarəsinin sektor müdiri Bayram Əliyev deyir ki, gərək alıcılar da passivlik göstərməsinlər. Antinhisar Departamentindən verilən məlumata görə, bir il ərzində alıcılardan departamentin istehlakçıların hüquqlarını müdafiə sektoruna cəmi 46 şikayət daxil olub. Bəs alıcılar özləri nə deyirlər? Niyə müraciətlərin sayı belə azdır. Bakı sakini Aydın Həsənov da bu günlərdə konfet alıb və evə aparanda onun keyfiyyətsiz olduğunu görüb. Amma onun sözlərinə görə, bununla bağlı nə konfeti aldığı mağazaya, nə də hüquqlarını qorumaq üçün hansısa dövlət orqanına müraciət edib. Səbəbini isə belə izah edir. «İndi insanların o qədər hüquqları pozulur ki, mən bir konfetə görə kimə nə sübut edə biləcəm?»

Günün bütün mövzuları

XS
SM
MD
LG