Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:21
Rubrikalar

Paytaxt Bakıda sərnişindaşıma nəqliyyatına böyük avtobusların buraxılması bu il mümkün olmayacaq


Səs: Real audio
Çeçen yaraqlılarının başında Səudiyyə terrorçusu durur Bakı şəhər İcra Hakimiyyəti hazırda tıxacların aradan qaldırılması ilə bağlı layihə hazırlayır. Layhəyə əsasən ilk növbədə iri həcmli avtobusların işləməsinə imkan yarada biləcək yollar və körpülər tikilməlidir. Şəhər İcra Hakimiyyəti xarici əlaqələr departamentinin baş müşaviri Əbdül Məmmədovun sözlərinə görə, yalnız bundan sonra Bakıya dövlət tərəfindən böyük avtobuslar alına bilər.

Azərbaycan Avtomobil Dillerləri Assosiasiyasının məlumatına görə, təkcə ötən il Bakı yollarına əlavə 31 min avtomobil çıxıb, hər il də yeni avtomobillərin ötənilki ilə müqayisədə sayının artması müşahidə olunur.





Səudiyyə Ərəbistanı neft ixrac edən ölkələrin birliyi olan OPEC-i neftin istehsalını artırmağa çağırıb. Amma OPEC-in İranın İsfahan şəhərində keçirilən konfransında iştirakçılar əvvəlcədən bəyan ediblər ki, neftin hasilatı dəyişdirilməyəcək. Səudiyyə Ərəbistanın nümayəndələri isə təklif ediblər ki, OPEC qiymətlərin hər barrelə görə 55 dollardan yuxarı qalxmasına imkan verməsin. Amma misal üçün, hazırda Azərbaycan neftinin dünya bazarlarındakı qiyməti təxminən 53 dollardı.





Abşerondakı kənd və qəsəbələri elektrik enerjisi ilə daha yaxşı təmin etmək üçün 4 yarımstansiya tikilir. Barmek-Azərbaycan şirkətindən aldığımız məlumata görə, artıq 2 yarımstansiya hazırdı. Martın 17-də Nardaran və Kürdəxanıdakı enerji blokları işə salınacaq.





Martın 15-də Milli Bankdan aldığımız məlumata görə, bütün valyutaların məzənnələri kəskin şəkildə aşağı düşüb. İndi 1 dolar 4875 , rubl 177 manatdı. Avro isə 46 manat ucuzlaşəb və 6515 manatdı.
XS
SM
MD
LG