Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:33

“Hökumət telekanalların təmizlənməsi işini aparır”


Səs: Real audio
Çeçen yaraqlılarının başında Səudiyyə terrorçusu durur «Gürcüstan variantı Azərbaycanda» məqaləsində «Azadlıq» qəzeti Nikson Mərkəzinin proqram direktoru Zeyno Baranın fikirlərinə yer ayırır. O deyir ki, Azərbaycan müxalifəti ABŞ-ın demokratiya və azadlıqlarla bağlı vədinə əməl edəcəyi vaxtı gözləyir.



«Qondarma siyasi məhbus bütün bir ailəni məhv etdi». «Yeni Azərbaycan» yazır ki, siyasi məhbus olduğu üçün əfv olunan sabiq OMON-çu 3 nəfərin ölümü ilə nəticələnən cinayət törədib.



«525-ci qəzet» yazır ki, bu gün İctimai TV-nin Yayım Şurasının üzvləri təsdiqlənəcək. Millət vəkili Rizvan Cəbiyev bununla bağlı deyib ki, ictimai televiziyanın formalaşdırılması prosesi aprel ayına kimi başa çatmasa, Azərbaycan Avropa Şurasında yeni sanksiyalarla üzləşəcək.



Keçmiş prokurorluq əməkdaşı Müzəffər Baxışov Hacı Məmmədovun rəhbərlik etdiyi cinayətkar qrupun işi ilə bağlı «Bakı Xəbər»ə açıqlama verib. O deyir ki, obyektiv araşdırma üçün siyasi iradə olmalıdır. Baş prokuror və daxili işlər nazirinin adı işdə şahid kimi çəkildiyinə görə onların hər ikisi vəzifələrindən azad olunmalıdırlar.



«Ermənistanda bu yay çox isti olacaq» məqaləsində «Xalq Cəbhəsi» qəzeti yazır ki, ölkəni inqilab dalğası bürüyəcək.



«Azərbaycan» qəzeti ölkə daxilində baş verən son hadisələri şərh edir və yazır ki, vətəndaşların təhlükəsizliyini qorumaq Azərbaycan dövlətinin ali məqsədi olmalıdır.



«Exo» qəzeti yazır ki, hökumət telekanalların təmizlənməsi işini aparır. İlkin olaraq ABŞ-ın istehsalı olan «Simson» cizgi filminin nümayişi zorakı kadrlar əks etdirdiyi üçün qadağan olunub. Ekspertlər hesab edirlər ki, bu cür filmlər uşaq psixikasına mənfi təsir göstərir.



«Gün Səhər» qəzeti yazır ki, “Transparency International”ın hesabatında Azərbaycan korrupsiyalaşmış ölkələrin siyahısında 104-cü yeri tutur.

Günün bütün mövzuları

XS
SM
MD
LG